Leyla Şıxlinskaya
Leyla Şıxlinskaya (12 iyun 1947, Moskva) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti (1998), sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri.
Leyla Şıxlinskaya | |
---|---|
Leyla Fərrux qızı Şıxlinskaya | |
Doğum tarixi | 12 iyun 1947 (76 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti |
Aktrisa, baletmeyster |
Fəaliyyət illəri | 1965-ci ildən |
Təhsili | GİTİS |
Mükafatları | |
IMDb | ID0793430 |
Həyatı
12 iyun 1947-ci ildə Moskvada anadan olmuşdur. Leyla Şıxlinskaya balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirmişdir. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.
Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir[1] və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur.
1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1998-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
- Arşın mal alan (film, 1965) — Gülçöhrə
- Bağ mövsümü (film, 1985) — Əminə
- Cazibə qüvvəsi (film, 1964) — Nərgiz
- Dantenin yubileyi (film, 1978) — Yaqut
- Dədə Qorqud (film, 1975) — Banuçiçək
- Gün keçdi (film, 1971) — Əsmər
- Xatirələr sahili (film, 1972) — Rəna
- Qəm pəncərəsi (film, 1986) — Zeynəb
- Qızıl qaz (film, 1972) — Şəfiqə
- Oxuyur Müslüm Maqomayev (film, 1971) — Tatyana Larina
- Ömrün ilk saatı (film, 1973) — Azərin sevgilisi
- Şahid qız (film, 1990) — Leyla
İstinadlar
- "Лейла Шихлинская: "В нашей клинике ещё ни одному ребёнку не сказали "нет"!"". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.