Göyarx

Göyarx (əvvəlki adları: Levonarx; Köyarx) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır.[2]

Göyarx
40°19′00″ şm. e. 46°48′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Göyarx xəritədə
Göyarx
Göyarx

Tarixi

Göyarx Tərtər rayonunun Şıxarx inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Kəndi XIX əsrin ikinci yarısında Goranboy rayonunun Rus Borisi kəndindən ayrılmış malakan rus ailələri Levanarx çayının kənarında salmışdılar. Sonralar ermənilər kəndin adını təhrif edərək Levonarx kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Göyarx adlandırıldı. 1933-cu ildə Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində Lev kəndi qeydə alınmışdır. Toponimiyada lev "kənar" mənasında işlənir.[3]

Göyarx kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Göyarx kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Göyarx kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. Göyarx // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.