Levon Mnatsakanyan

Levon Mnatsakanyan (erm. Լեւոն Մնացականյան; 14 sentyabr 1955, Stepanakert) — Ermənistan siyasətçisi, Qondarma DQR-nin keçmiş Müdafiə naziri.

Levon Mnatsakanyan
erm. Լյովա Հենրիխի Մնացականյան
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri[d]
15 iyun 2015 14 dekabr 2018
Şəxsi məlumatlar
Doğum tarixi 14 sentyabr 1955(1955-09-14) (68 yaş)
Doğum yeri
Təhsili
  • Ermənistan Milli Politexnik Universiteti[d],
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Fəaliyyəti məmur, hərbi qulluqçu
Hərbi xidmət
Qoşun növü quru qoşunları
Döyüşlər
Rütbəsi general-leytenant

Təltifləri 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan) 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan) "Vartan Mamikonyan" ordeni 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı "Vətən qarşısında xidmətlərinə görə" medalı "Admiral İsakov" medalı

29 sentyabr 2023-cü ildə Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən saxlanılmışdır.[1]

Həyatı

Levon Mnatsakanyan 1965-ci ildə Xankəndi şəhərində erməni ailəsində anadan olmuşdur. Mnatsakanyan hərbi xidmətə 1983-cü ildə Sovet Ordusuna qoşulmuş, Belorusiya Hərbi Dairəsində xidmət etmişdir. 1989-cu ildə Karl Marks adına Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Sovet İttifaqının dağılmasından sonra Ermənistanda ordu quruculuğunda rol oynamış, Qondarma DQR Müdafiə OrdusundaErmənistan Silahlı Qüvvələrində artilleriya bölmələrində xidmət etmişdir. O, 2005-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir. Həmin ilin sonunda Qarabağa qayıdıb müdafiə ordusu komandirinin müavini olmuşdur.

Levon Mnatsakanyan 2015-ci ildə prezident Bako Saakyan tərəfindən müdafiə naziri təyin edilmişdir. 2018-ci ilin dekabrında vəzifəsindən azad edilmişdir. O, daha sonra Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktoru vəzifəsinə təyin edilmişdir.[2] O, 2019-cu ilin iyununda vəzifəsindən azad edilmiş və Qondarma DQR polisinin rəisi təyin olunmuşdur.[3][4] Hazırda evlidir və üç oğlu var.[5][6]

2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibənin sonuna yaxın, Şuşa döyüşü zamanı Mnatsakanyan yaxınlıqdakı Şuşakənddə yerləşdirilmiş erməni qoşunlarına komandanlıq etmişdir.[7]

29 sentyabr 2023-cü ildə Arşavir Qaramyan ilə birlikdə Qarabağdan Ermənistana gedərkən Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılmışdır.[8]

Mükafatlar

  • İki dəfə "Döyüş xaçı" ordeni
  • "Müqəddəs Vardan Mamikonyan" ordeni
  • "Vətənə xidmətə görə" medalları
  • "Marşal Baqramyan" medalı
  • "Andranik Ozanyan" medalı
  • "Admiral İsakov" medalı

İstinadlar

  1. "Xocalı qatili və keçmiş "müdafiə naziri" saxlanıldı". Axar.Az. 29 sen 2023.
  2. "Levon Mnatsakanyan appointed head of Artsakh state service on emergency situations". news.am (ingilis). 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.
  3. "Levon Mnatsakanyan is appointed Chief of Artsakh Police". mediamax.am (ingilis). 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.
  4. "Levon Mnatsakanyan appointed Police Chief of Artsakh". ՌԱԿ ՄԱՄՈՒԼ (ingilis). 2019-06-11. 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.
  5. "Министром обороны Нагорного Карабаха назначен Левон Мнацаканян". Радио Свобода (rus). 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
  6. "Karen Abrahamyan is new Artsakh Defense Minister". mediamax.am (ingilis). 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.
  7. "Артур Ванецян опроверг заявления Аргишти Кярамяна" [Artur Vanetsyan denied Argishti Kyaramyan's statements]. ArmenianReport (rus). 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  8. "Xocalı qatili və keçmiş "müdafiə naziri" saxlanıldı". Axar.Az. 29 sen 2023. 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.