Levina

İzabella Levina Luen (alm. Isabella Levina Lueen; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə LevinaAlmaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Levina
Ümumi məlumatlar
Doğum adı İzabella Levina Luen
alm. Isabella Levina Lueen
Ləqəbi Levina
Doğum tarixi 1 may 1991(1991-05-01) (32 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2017-ci ildən
Janr
Musiqi aləti vokal
Albom şirkəti Sony Music
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və musiqi karyerası

İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır.

2017 Avroviziya Mahnı Müsabiqəsi

2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.[1] Almaniyanın "Böyük Beşlik" ölkələrindən biri olması səbəbi ilə Levina birbaşa olaraq müsabiqənin final mərhələsindən mübarizəyə qoşulmuşdur. Finalda 21-ci səhnə alan ifaçı müsabiqədə 25-ci yeri tutmuşdur.

Diskoqrafiya

Albomlar

  • Unexpected (2017)

Sinqllar

  • "Divided" (2016)
  • "Perfect Life" (2017)
  • "Stop Right There" (2017)

İstinadlar

  1. "GERMANY: LEVINA WINS UNSER SONG 2017 AND WILL SING "WILDFIRE" OR "PERFECT LIFE" AT EUROVISION". wiwibloggs.com. 9 fevral 2017. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
Əvvəlki:
Ceymi-Li
"Ghost"
Almaniya Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
Mixael Şulte
"You Let Me Walk Alone"
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.