Lev Trotskinin ev-muzeyi
Lev Trotskinin ev-muzeyi (isp. Museo Casa de Leon Trotsky) — Lev Trotskiyə həsr olunmuş muzey. Muzey Koyoakan rayonunda (hazırda Mexikonun tərkibindədir), Trotskinin həyatının son aylarını yaşadığı və qətlə yetirildiyi evdə yerləşir.
Lev Trotskinin ev-muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 20 avqust 1990 |
Açılış tarixi | 20 avqust 1990 |
Ölkə | |
Yerləşir | Koyoakan, Mexiko, Meksika |
19°21′27″ şm. e. 99°09′28″ q. u. | |
museocasadeleontrotsky.blogspot.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Lev Trotski Meksikaya 1937-ci ildə, ona siyasi sığınacaq verən Meksika prezidenti Lasaro Kardenasın şəxsi dəvəti ilə gəlib.[1][2][3] Trotski 1937–1939-cu illərdə Koyoakanda, hazırda Frida Kalonun ev-muzeyinin yerləşdiyi Frida Kalo və Dieqo Riveranın "mavi evində" yaşayıb. 1939-cu ilin aprelində Trotski siyasi fikir ayrılığı səbəbindən qonşu küçədəki evə köçməli olur.[1][4]
1940-cı ilin may ayında evdə stalinçi David Sikeyrosun başçılıq etdiyi qrup tərəfindən Trotskiyə qarşı ilk uğursuz sui-qəsd cəhdi olub. Evdə Trotskiyə qarşı ikinci sui-qəsd 1940-cı il avqustun 20-də NKVD agenti Ramon Merkader tərəfindən həyata keçirilib.[5][6] Trotski sui-qəsddən bir gün sonra vəfat edib.
1990-cı il avqustun 20-də muzeyin rəsmi açılışı olub.
Ekspozisiya
Muzeydə siyasətçinin şəxsi əşyalarını, sənədlərini, böyük kitabxanasını və ilk uğursuz sui-qəsddən "xatirə qalan" güllələrlə dəlik-deşik edilmiş divarı görmək olar.[7] Muzeyin həyətində Lev Trotskinin və həyat yoldaşı Natalya Sedovanın məzarları yerləşir.[7]
Qalereya
- Trotskinin qətlə yetirildiyi kabinet
- Trotski və Sedovanın yataq otağı
- Trotskinin məzarı
- Trotskinin kitabxanası
- Trotskinin eynəyi
İstinadlar
- John Mitchell. "The Leon Trotsky Museum - murder and Marxism in Mexico City". Mexconnect newsletter. January 1, 2001. August 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2010.
- Humphrey, Chris. Moon Handbooks-Mexico City. Berkeley, CA: Avalon Travel Publishing. 2005. səh. 74. ISBN 978-1-56691-612-7.
- "Museo Casa de León Trotsky" [Leon Trotsky Museum House] (Spanish). Mexico: CONACULTA. July 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2010.
- Noble, John. Lonely Planet Mexico City. Oakland CA: Lonely Planet. 2000. səh. 139,142. ISBN 1-86450-087-5.
- Walsh, Lynn, The Assassination of Trotsky Arxivləşdirilib 2019-03-23 at the Wayback Machine, Militant International Review, Summer 1980; retrieved 29 July 2007
- Enrique Soto-Perez-de-Celis MD, The Death of Leon Trotsky, Neurosurgery 67: 417–423, 2010 Arxivləşdirilib 2017-02-14 at the Wayback Machine
- "Дом-музей Льва Троцкого". Rambler.ru. 17 Noyabr 2017 tarixində arxivləşdirilib.