Leskenski rayonu

Leskenski rayonu (kab.-çərk. Лэскэн куей, qaraç.-balk. Лескен район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Anzorey kəndidir.

Leskenski rayonu
Лэскэн куей[1]
Лескен район[1]

43°21′20″ şm. e. 43°56′29″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 29 dekabr 1937
Sahəsi
  • 523,06 km²
Hündürlük
3.102 m
Saat qurşağı
  • Moskva vaxtı[d]
Əhalisi
Əhalisi
  • 29.612 nəf. (2019)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86639
Rəsmi sayt
Leskenski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Leskenski rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Çerek rayonu, qərbdə Urvan rayonu, şimal-şərqdə Mayski rayonu, həmçinin cənub və şərqdə Şimali Osetiya Respublikasının üç rayonu. Rayonun sahəsi 523.10 km²-dir.

Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Otlaq, meşə və qayalı silsilələr bir-birinə paralel ərazidən keçir. Leskenski rayonunda orta hündürlük 450 ilə 900 metr arasında dəyişir. Bölgədəki ən yüksək nöqtə Xaznibaşi dağıdır (3.102 m).

Rayon ərazisindən Urux, Lesken, Arqudan, Şeker və onların qolları keçir.

Tarixi

Leskenskİ rayonu əvvəlcə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 29 dekabr 1937-ci il tarixli qərarı ilə Urvan rayonunun tərkibində olan Uruxski, Kalejski, Staro-Uruxski, Ozrekskİ, Staro-Leskenski, II Leskenski, Yerokkovski və Arqudanski kənd sovetliklərindən təşkil edilmişdir[4][5].

20 dekabr 1962-ci ildə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti “KBMSSR ərazisində kənd rayonlarının təşkili haqqında” fərman qəbul etdi. Buna qərara əsasən Leskenski rayonu ləğv edilərək yenidən Urvan yaronuna birləşdirildi.

8 avqust 2003-cü ildə Kabarda-Balkariya Respublikası Parlamenti inzibati mərkəzi Anzorei kəndində olan Leskenski rayonunu yenidən təsis etdi.

2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edildi və kənd yaşayış məntəqələri statusu ilə 9 bələdiyyədə birləşdirildi.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
kabardinlər 25 113 90,20 %
osetinlər 1 577 5,67 %
balkarlar 677 2,43 %
ruslar 179 0,64 %
digərləri 275 0,99 %
milliyyətini bildirməyənlər 19 0,07 %
ümumi 27 840 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[7]:

YaşKişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 2 953 2 834 5 787 20,79 %
15 — 59 yaş 9 096 9 376 18 472 66,35 %
от 60 yaş 1 351 2 230 3 581 12,86 %
Ümumi 13 400 14 440 27 840 100,0 %

Kişilər — 13 400 nəf. (48,1 %). qadınlar — 14 440 nəf. (51,9 %)[8].

Əhalinin orta yaşı — 34,2 yaş. Kişilərin orta yaşı — 32,8 il. Qadınların orta yaşı — 35,5 il.

İqtisadiyyat

Rayonun böyük sənaye gücü bir spirt-maya fabriki və yeddi emal müəssisəsi ilə təmsil olunur. Bu müəsissələrdən beşi mövsümi xarakter daşıyır. Kənd təsərrüfatında əsas istiqamət bitkiçilikdir. İri və xırdabuynuzlu heyvandarlıq da inkişaf etmişdir. Kənd təsərrüfatı torpaqlarının icarə istifadəsi sistemi inkişaf etdirilmişdir.

İstinadlar

  1. http://www.le.adm-kbr.ru/index.php/ofitsialnye-dokumenty/15-ofitsialnye-dokumenty/512-normativno-pravovye-dokumenty-mestnoj-administratsii.
  2. http://www.gks.ru/free_doc/doc_2019/bul_dr/mun_obr2019.rar.
  3. Официальный сайт Лескенского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
  4. "Об образовании новых районов в Кабардино-Балкарской АССР". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  5. Административно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с.
  6. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  7. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  8. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-04.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.