Lerik Uzunömürlülər Muzeyi

Lerik Uzunömürlülər MuzeyiLerikdə muzey

Lerik Rayon Uzunömürlülər Muzeyi
Əsası qoyulub 1991-ci il
Mövzu Uzunömürlü insanlar haqqında məlumat
Yerləşir Azərbaycan, Lerik
Kolleksiyası Uzunömürlü insanlarla bağlı eksponatlar.
Direktor Dilarə Fətullayeva

Muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünya üzrə yeganə muzeydir.

Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Lerikdə yaşayan uzunömürlülər çox yaşamalarının sirrini təmiz dağ havası, təmiz və keyfiyyətli qida məhsulları,müxtəlif növ dağ bitkiləri, stres və əsəbdən uzaq olmaları və çox hərəkətdə olmaqla əlaqələndirirlər. Çox yaşamaqda genetik faktorların rolu böyükdür. Məsələn, Bilaband kəndində: Əbdül Heydərov (130 yaş),Canəli Heydərov və Əlif Heydərov(1898-ci il təvüllüdlü), Nənni Məmmədova (1910-2011) kimi şəxsləri misal göstrəmək olar.

Muzeyə Hollandiyadan, Almaniyadan, Fransadan, Rusiyadan, Koreyadan, Macarıstandan, Böyük Britaniyadan və s. ölkələrdən xarici qonaqlar təşrif buyurur.

Xarici keçidlər

  • "Əsrlərə meydan oxuyan uzunömürlülər". Kəpəz Müstəqil Teleradio Şirkəti (az.). kepeztv.az. 3 aprel, 2013 - 19:19. İstifadə tarixi: 2014-06-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.