Leopard 1
Leopard 1 (alm. Leopard) — Almaniya istehsalı olan 2-ci nəsil əsas döyüş tankıdır. İlk olaraq 1965-ci ildə Alman Federal Ordusunun (Bundeswehr) xidmətinə olmuşdur. Alman Kraus Maffei Weggman firması tərəfindən ardıcıl istehsalına 1965-ci ildə başlanılmış və 1984-cü ilə qədər istehsalı davam etdirilmişdir, Almaniyanın xaricində İtalyada da istehsal edilmişdir. Ümumi 4000 ə üzərində Leopard 1 Almaniyada çıxarılmışdır.
Leopard 1 | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1965 |
İstifadə edilən döyüşlər | Bosniya müharibəsi, Əfqanıstan müharibəsi (1979-1989) |
İstehsal tarixçəsi | |
Konstruktor | Kraus-Maffei Wegmann |
Konstruksiya tarixi | 1979- davam |
İstehsalçı |
Krauss-Maffei Wegmann Maschinenbau Kiel |
Xüsusiyyətləri | |
Ağırlığı | 42.2 ton |
Zireh | 70 mm RHA |
Şose sürəti | 65 km/saat |
Güc nisbəti | 1500 a.g. |
Əsas silah | 105mm'lik Royal Ordnance L7 yivli top |
Köməkçi silah | 2×7.62 mm MG-3 |
Uzunluğu | 9,54 mm |
Eni | 3.37 mm |
Hündürlüyü | 2.39 mm |
Ekipaj | 4 nəfər (komandir,sürücü,topçu,yükləyici) |
Vikianbarda əlaqəli mediafayllar |
Bu tank Bundeswehr xaricində Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Danimarka, Yunanıstan, İtaliya, Livan, Hollandiya, Norveç və Türkiyə ordularında da istifadə edilməkdədir. Ümumilikdə 6485 Leopard 1 tankı satılmışdır.
İstehsalçı ölkə: Almaniya
Tip: Əsas döyüş tankı
İstehsalçı firma: Kraus-Maffei Wegmann
Xidmətə giriş ili: 1966 – günümüzə
İstehsal sayı: 6000 ədəd
Ekipaj: 4 nəfər
Ölçülər
Ağırlığı: 42.4 ton
Uzunluğu: 7.09 m
Lülə daxil olmaqla: 9.54 m
Lülənin uzunluğu: 5.89 m
Eni: 3.41 m
Hündürlüyü: 2.76 m
Klirens: 0.44 m
Müdafiə
Zirehi: diyirlətmə homogen polad
Zireh qalınlığı: 10–70 mm
Sis bombaları
Tank ekipajının Nüvə, Bioloji və Kimyəvi silahlarının təsirlərindən müdafiəsi (NBC qorunma)
Performans
Zəminə təzyiq: 0.85 kq/sm ²
Dalış dərinliyi: 2.2 m (şnorkelsiz), 4 m (şnorkellə)
Xəndək keçmə: 3 m
Maneə keçmə: 1.15 m
Qalxma bucağı: 60º (Dikinə); 40º (Yana)
Mühərrik: MTU MB 838 Ca M500 dizel
At gücü: 830
Yanacaq çəninin tutumu: 985 litr
Maksimal sürət: 62 km/saat
Döyüş radiusu (Hərəkət ehtiyatı və ya mənzili): 600 km
Asqı tipi: fərdi burulma bar
Optik sistemlər
Komandirin optik və idarəetmə sistemi: TRP-1A
Panoramik baxış sistemi: TEM 2A (8x) və (16x) böyütmə
Silahlanma
Əsas silahı: 105 mm-lik “L7A3” yivli topu
Kalibr: 105 mm
Lülənin qalxma bucağı: –9º... +20º
Üfüqi tuşlama bucağı: 360º
Mərminin başlanğıc sürəti: 737–1475 metr/saniyə
Atış tezliyi: 10 atış/dəqiqədə
Atəş məsafəsi: 2 km
Maksimal atəş məsafəsi: 5 km
Döyüş sursatı: 60 ədəd
– 2 ədəd 7.62 mm “MG3” pulemyotu
Kalibr: 7.62 mm
Mərmi: 7.62x51 mm NATO
Atış tezliyi: 1000-1300 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 820 metr/saniyə
Atəş məsafəsi: 1.2 km
Maksimal atəş məsafəsi: 3.75 km
Mərmi sayı: 5200 ədəd
Tarixi
Bundeswehr, yeni bir tank hazırlama məqsədiylə Leopard proyektini 1956-cı ildə başladı. Bu layihənin başlama səbəbləri; Bundeswehrin əlindəki bütün tankların ABŞ istehsalı M47 və M48 tankları olması və Bundeswehrin müasir bir döyüş tankına ehtiyac duymasıydı.
Yeni çıxarılacaq tank 30-40 ton ağırlığında, yaxşı bir mühərrikə sahib olan, NBC qorumalı, dövrün anti-tank silahlarına dayanıqlı və Varşava Paktının üzvlərinin sahib olduğu tanklardan daha yaxşı bir tank olmalı idi. Yeni çıxarılacaq tanka 105 mmlik bir top lüləsi və bu tankın ABŞ istehsalı tanklara görə daha çox sursat daşıya bilməsi idi.
Fransa üzərində çalışdığı AMX-50 proyektinin müvəffəqiyyətsizliyə uğrayınca Almaniya ilə yeni müştərək tank proyektini başlamaq üzrə razılaşdılar. Avropa müştərək tank layihəsi çərçivəsində 1950-ci ilin sonlarına doğru Leopard 1 tankı inkişaf etdirilməyə başlanmış və 1963-cü ildə Alman Krauss Maffei Wegmann və Mak firmaları ortaq işlərə davam etmişdir. 1965-ci ildə Alman ordusu üçün istehsala başlanmış, istehsalı zaman zaman dayandırılmasına baxmayaraq 1984-cü ilə qədər davam etmişdir. Italyan ordusu üçün İtalyan Otobreda firmasi da Leopard 1 tanki çıxarmışdır. Müxtəlif modelləri tapılmaqdadır.
Modelləri
- Leopard 1A1
- Leopard 1A2
- Leopard 1A3
- Leopard 1A4
- Leopard 1A5
- Leopard 1A6
- Leopard 1T (Türkiyə modernizasiyalı)
- Tank Qurtarıcı İstehkam Texnikası
- Gepard təyyarələri vurmaq üçün nəzərdə tutulmuş texnika
- Bergepanzer
- Eber raket daşıyan-atan
- Biber körpü tankı
- Leopard 1A3
- Leopard 1A5
- Gepard təyyarə vuran
- Bergepanzer
- Biberpanzer