Leontev adası
Leontev adası — Şərqi Sibir dənizində, Medvejı adaları qrupuna daxil olan ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Leontev adası | |
---|---|
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 79 m |
Əhalisi |
|
Yerləşməsi | |
70°47′06″ şm. e. 161°36′11″ ş. u. | |
Ölkə | |
Arxipelaq | |
Akvatoriya | |
|
Yerləşməsi
Medvejıy adasının mərkəzində, Kolıma çayının mənsəbindən 125 km, Puşkaryov adasından 7 km aralıda yerləşir. Krestovski adasından sonra Medvejıy adalarının ikinci böyük adasıdır. 13 km uzunluğa, cənubda 1 km, şimalda isə 7 km enə malikdir. Ən hündür nöqtəsi 80 metrdir. Bəzi ərazilər bataqlıqdır. Şərqində Lagernaya buxtası, qərbində isə Opasnaya buxtası yerləşir. Adada çoxlu sayda Mamont sümüyü aşkarlanmışdır. Adaya materikdən Qonur ayı, Canavar, Tülkü və kiçik gəmiriçilər keçir. Elədə böyük olmayan şimala istiqamətlənmiş yarımada da ilkin yaşayış məntəqəsi vardır.
Tarixi
Leontev adası digər Medvejıy adaları kimi 1710-cu ildə Yakov Premyakov tərəfindən kəşf edilmişdir. Adaların xəritəyə salınması isə 1769-cu ildə geodeziya mütəxəsisləri İvan Leontev, Aleksey Puşkaryov və İvan Lısov tərəfindən həyata keçirilmişdir. Onlar adalara Nıjnekolıma qəsəbəsindən xizəklərdə itlərlə gəlmişlər. Adaların bir qismidə omların şərəfinə adlandırılmışdır.[2]
İstinadlar
- GEOnet Names Server. 2018.
- Магидович В. И., Магидович И. П. Очерки по истории географических открытий. т. 3. М., 1984.