Leonid Leonov

Leonid Maksimoviç Leonov(rus. Леони́д Макси́мович Лео́нов; 7 (19) may 1899[1] və ya 31 may 1899[2][3], Moskva[4]8 avqust 1994[5][6][…], Moskva)— rus yazıçısı. Sosialist Əməyi Qəhrəmanı (1967).

Leonid Leonov
rus. Леони́д Макси́мович Лео́нов
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya
Vəfat tarixi (95 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Rus
Fəaliyyəti dramaturq, yazıçı, jurnalist, nasir, siyasətçi, şair
Fəaliyyət illəri 1920-ci ildən
Əsərlərinin dili rusca
Janrlar roman, pyes, hekayə
İlk əsəri "Adi günlər və bayramlar"(1969)
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı "Lenin" mükafatı "Stalin" mükafatı SSRİ Dövlət mükafatı RSFSR əməkdar incəsənət xadimi
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Oktyabr inqilabı" ordeni "Moskvanın 800 illik xatirəsinə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Leonid Maksimoviç Leonov 31 may 1899-cu ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdu.

Leonid Leonov 1915-ci ildə Arxangelsk şəhərində "Северное утро" adlı qəzetdə çalışmışdı. 1918-ci ildə 3-cü Moskva gimnaziyasını gümüş medalla bitirmişdi. Sonra Moskva Universitetində oxumuşdu.1920-ci ildə könüllü olaraq orduya yazılmışdı.

Leonid Leonov Qızıl Orduda xidmət etdikdən sonra, 1922-ci ildə Moskvada məskunlaşdı.

Leonid Leonov təklif edirdi ki, təqvimi İsa peyğəmbərin milad günündən deyil, İ. V. Stalinin doğum günündən başlansın.

Leonid Leonov Vanqanın möcüzəli uzaqgörənliyinə çox inandığına görə onunla tez-tez görüşür, məsləhətlər alırdı. Vanqa ona demişdi ki, növbəti romanı işıq üzü görən kimi o, həyatla vidalaşacaq. Yazıçı Leonov Vanqanın bu sözlərinə şübhə ilə yanaşsa da, daxilində bir narahatlıq vardı. Ona görə də romanının çap olunması vaxtını elə hey uzatmağa çalışırdı. Nəhayət ki, əsər işıq üzü görəndən bir neçə gün sonra Leonid Leonov həyatını qeyb etdi.

Leonid Leonov 8 avqust 1994-cü ildə SSRİ-nin Moskva şəhərində vəfat edib.

Əsərləri

Leonid Leonov "Porsuqlar", "Rus meşəsi" (romanlar); "Canavar", "Çovğun", "Adi adam" əsərlərinin müəllifidir.

Xarici keçidlər

  1. Deutsche Nationalbibliothek Record #118640453 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. The Fine Art Archive. 2003.
  3. ЛЕОНОВ Леонид Максимович // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 416–421. ISBN 5-94848-262-6
  4. Леонов Леонид Максимович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. Leonid Maksimovich Leonov // Encyclopædia Britannica (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.