Leonid Krasin

Leonid Borisoviç Krasin (rus. Леони́д Бори́сович Кра́син); (15 (27) iyul 1870[1], Kurqan, Qərbi Sibir general-qubernatorluğu[d][2]24 noyabr 1926[2][1][…], London[2]) — sovet mühəndisi, diplomat.

Leonid Krasin
Doğum tarixi 15 (27) iyul 1870[1]
Doğum yeri
Vəfat tarixi 24 noyabr 1926(1926-11-24)[2][1][…] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Dəfn yeri
Fəaliyyəti diplomat, jurnalist, siyasətçi, iş adamı, mühəndis, inqilabçı
Partiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi.

Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi. Şəhərin Kömürçü meydanı səmtində bolşeviklərin gizli "Nina" mətbəəsi də onun köməkliyi ilə qurulmuşdu. Sovet hakimiyyəti dövründə bir müddət yüksək vəzifələrdə çalışdı və ömrünün son illərində İngiltərədə işlədi. 1926-cı ildə 56 yaşında ikən Londonda vəfat edəndə xidmətlərini nəzərə alıb Qızıl meydanda Kreml divarları önündə dəfn etdilər.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Красин Леонид Борисович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.