Leonid Abalkin

Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930[1][2], Moskva2 may 2011[3][4], Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini.

Leonid Abalkin
Doğum tarixi 5 may 1930(1930-05-05)[1][2]
Doğum yeri
Vəfat tarixi 2 may 2011(2011-05-02)[3][4] (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi iqtisadçı
Elmi dərəcəsi
İş yeri
  • Moskva Dövlət Universiteti İqtisadiyyat fakültəsi[d]
Təhsili
  • G.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti[d]
Üzvlüyü
Mükafatları 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Şərəf" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı "Dostluq" medalı

Həyatı

Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü. 1989-cu ilin avqustundan 1990-cı ilin dekabrına qədər Nikolay Rıjkovun kabinetində baş nazirin müavini.[5] 2 may 2011-ci ildə Moskva şəhərində vəfat etmişdir.

İstinadlar

  1. Deutsche Nationalbibliothek Record #118999052 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Leonid Abalkin // SNAC (ing.). 2010.
  3. http://www.rbc.ru/rbcfreenews.shtml?/20110502150411.shtml.
  4. Leonid Abalkin // Munzinger Personen (alm.).
  5. Энциклопедический словарь. 2009. Абалкин Леонид Иванович.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.