Leonardesklər

Leonardesklər (it. cəm. leonardeschi, tək. leonardesco) — Leonardo da Vinçinin Milandakı fəaliyyət illərinin üslubundan təsirlənən lombardiyalı İntibah dövrü rəssamlarına verilən ümumiləşdirici ad. Leonardesklər Da Vinçinin şagirdləri və ya sadəcə onun üslubunu mənimsəmiş rəssamlar idilər.

I Nikolayın Leonardo da Vinçiyə aid olduğuna inanaraq satın aldığı "Flora" əsərinin leonardesk olduğu sonralar məlum olmuşdur

Həmçinin, başqa rəssamlar tərəfindən "leonardo" üslubunda (sfumato, buruq saçlar, ikimənalı təbəssüm, badamı gözlər) yaradılmış rəsm əsərləri də leonardesk adlandırılır. Hətta XX əsrin əvvəllərinədək bir çox leonardesklər ustadın öz əsərləri hesab edilirdi.

Qalereya

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.