Leni Rifenştal
Leni Rifenştal (alm. Leni Riefenstahl, tam adı Helena Berta Amaliya Rifenştal, alm. Helene Berta Amalie Riefenstahl; 22 avqust 1902[1][2][…], Berlin[3] – 8 sentyabr 2003[1][2][…], Pökkinq[d], Bavariya[3]) — rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü.
LENİ RİFENŞTAL | |
---|---|
Berta Helena Amaliya Rifenştal | |
Doğum adı | Helene Bertha Amalia Riefenstahl |
Doğum tarixi | 22 avqust 1902[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 sentyabr 2003[1][2][…] (101 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1926–2002 |
Mükafatları | |
IMDb | ID0726166 |
leni-riefenstahl.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Tarixdə Hitlerin sevimli rejissoru kimi qalan rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü Berta Helena Amaliya Rifenştal 1902-ci ildə Berlində anadan olub. Onun atası Alfred Rifenştal varlı tacir idi. Amma Lenidə incəsənətə olan ehtiras ona incə zövqlü anası Berta İdadan keçmişdi. Taleyin bir təsadüfü olmasaydı, Leni tarixdə ən uğurlu rəqqasələrdən biri kimi qalacaqdı. Ancaq iyirmi yaşına çatana qədər Almaniya və Praqanın bir neçə şəhərində uğurla çıxış edən Leninin damarları partladı. Gələcək rəqqasənin karyerasına son qoyuldu.
Leni Arnold Fankın "Dağın taleyi" filminə baxır. Film ona elə təsir edir ki… axırda dağlara yollanır. Rejissorun özü ilə tanış olur. Rejissor isə gənc Lenidə elə bir istedad görür ki, məhz onun üçün "Müqəddəs dağ" filminin ssenarisini yazır. Leni bu arada nişanlısından ayrılır və özünü kino aləminə atır. Filmlərində ön plana qəhrəmanları deyil, dağları çəkən rejissor Fankın tələblərinə cavab vermək üçün alpinizmi, xizək sürməyi öyrənir. Keçmiş rəqqasə məşhur aktrisaya çevirilir. Leni 10-dan çox filmə çəkilir.
1932-ci ildə Leni ilk filmini çəkir. "Mavi işıq" filmi tənqidçilərin xoşuna gəlməsə də, tamaşaçı rəğbəti qazanır. Elə həmin il də Leni ilk dəfə Hitlerin nitqini eşidir. Bir ildən sonra o, Hitlerlə şəxsən tanış olur. Eyni zamanda təbliğat naziri Gebbels və onun arvadı ilə də tanış olan Leni ömrü boyu iddia edirdi ki, Gebbelslə onun gərgin münasibətləri və antipatiyasının təməli elə ilk görüşdəcə qoyulmuşdu. Həmin il Hitler Leniyə təklif edir ki, millətçi sosialistlərin qurultayı barədə film çəksin. Gebbelsə isə filmi maliyyələşdirməyi əmr edir. Leni filmə ən məşhur operatorları dəvət edir, montajla şəxsən özü məşğul olur.
Amma filmin premyerasından sonra onu yığışdırırlar. Əvvəla, "İnamın qələbəsi" adlı film sənədli kinodan daha çox, reportaja oxşayırdı. İkincisi isə burada hücum dəstələrinin rəhbəri Ernst Ryoma ən azı elə Hitlerə ayrılan qədər yer ayrılmışdı. Buna baxmayaraq, Hitlerlə Leninin münasibətləri korlanmır. Hitler bilirdi ki, Leni də, millətçi sosialistlər də öz üzərlərində hələ çox işləməlidirlər.
1934-cü ildə Hitler Leniyə bir film də tapşırır. "İnadın zəfəri" adlanan film üçün 36 operator, 170 nəfərlik çəkiliş heyəti, 30 kamera cəlb olunur. İkinci film uğur qazanır və həm yerli, həm əcnəbi sərgilərdə mükafatlara layiq görülür.
Sonra Leni Olimpiya oyunlarının təşkilatçılarından olimpiya haqda film çəkmək təklifi alır. Bu silsilədən üç film çəkən Leni böyük uğur qazanır. Film bir neçə ölkədə məşhurlaşır. Amma Leninin əsas hədəfi Amerika olur. O bilir ki, film ştatlarda daha çox gəlir gətirə bilər. Leni yanılmamışdı. 1938-ci ildə o, ən məşhur kino şirkətlərindən biri olan "Metro-Goldwyn-Mayer"dən təklif alır. Amerikaya yollanan Leni orada Henri Ford və Volt Disney kimi dünyaca məşhur adlarla tanış olsa da, ümumilikdə səfəri uğursuzluqla nəticələnir. Belə ki, Rifenştalın Amerikaya gəlişi Almaniyada yəhudilərin genosidi ilə üst-üstə düşür. Dünya, həmçinin Amerika yəhudilərinin müdafiəsinə qalxır. Təbii ki, belə bir vaxtda Hitlerin sevimlisi orada qala və filmini göstərə bilməzdi. Buna görə də, Leni kor-peşman geri dönməli olur.
1939-cu ildə Leni fotojurnalist kimi Polşaya yollanır. Bu illərdə gördüklərindən və çəkdiklərindən elə dəhşətə gəlir ki, Gebbelsin ona sifariş verdiyi növbəti təbliğat filmindən imtina edir. Və faşistlər daha heç vaxt ona film tapşırmırlar. İtirən isə hər iki tərəf olur. Çünki bu vaxta qədər faşistlər Lenini parlaq istedadından, Leni isə faşistlərin pulundan və nüfuzundan istifadə edirdi.
Hitlerlə dostluq rejissor kimi onun axırına çıxdı. Hitlerin təsiri altına düşməyi onun yaradıcı ruhunu məhv elədi. Faşistlərlə dostluq isə onların süqutundan sonra Leninin üzünə bütün qapıları bağladı. 1944-cü ildə Hitlerlə sonuncu dəfə görüşən Leni sonradan deyirdi: "Mən Hitlerin təsiri altına düşdüyümü, bir şəxsiyyət kimi ondan təsirləndiyimi etiraf edirəm. Mənim günahım ondadır ki, Hitlerin iblis sifətini çox gec gördüm".
Bəli, Leni daha film çəkə bilmədi. 1940-1944-cü illərdə çəkdiyi "Vadi" filmində meksikalı aktyorların əvəzinə yaxınlıqdakı faşist düşərgəsində cəza çəkən qaraçıları istifadə etdiyinə görə məhkəməyə verildi, faşistlərlə, Hitlerlə bağlı keçmişi onu ləkələdi.
52 yaşlı rejissor fotoqraflığa girişdi. Əlinə fotoaparat götürüb, Afrikaya yollandı. Afrikadan çəkdiyi fotolar dünya mətbuatının çox nüfuzlu jurnallarında çap edildi. Leni öz dövrünün ən istedadlı, maraqlı və cəsarətli fotoqraflarından hesab olunurdu. Məhz o nubiyalıların yaşadığı yerlərə gedib, onların həyatlarını fotolentə alaraq, antropoloqların, jurnalistlərin, tarixçilərin diqqətini bu tayfalara yönəltmişdi. Onun hər fotoreportajı hadisəyə çevrilirdi.
Amma Leni bununla kifayətlənmədi. 72 yaşında Leni ilk dəfə suyun altına endi. Sualtı üzgüçülüyü öyrənən Leni düz 30 ildən çox bununla məşğul oldu və üst-üstə 1000 dəfədən çox suyun altına endi. Təbii ki, suyun altından bir-birindən maraqlı fotoreportajlar çəkdi. 1975-ci ildə onun albomları "foto sahəsində ən yaxşı işlər" elan olundu. Leni Rifenştal 101 yaşında vəfat etdi.
Həmçinin bax
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Leni Riefenstahl (nid.).
- Deutsche Nationalbibliothek Record #118600761 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Museum of Modern Art online collection (ing.).