League of Legends
League of Legends (azərb. Əfsanələr liqası), qısaca LoL və ya bəzən sadəcə League – 2009-cu ildə Riot Games tərəfindən buraxılmış çoxnəfərli onlayn döyüş arenası videooyunu. 2009-cu ilin oktyabrında buraxılmasından bəri oyunu oynamaq pulsuzdur və oyundaxili alış-verişlər mümkündür. Oyun Microsoft Windows və macOS platformaları üçün əlçatandır.
League of Legends | |
---|---|
| |
Hazırlayan | Riot Games |
Yayımlayan |
Riot Games Garena |
Buraxılış tarixi |
Microsoft Windows 27 oktyabr 2009 OS X 1 mart 2013 |
Sonuncu versiya | 11.15/ 22 iyul 2021 |
Sonuncu beta-versiya |
|
Janrlar | çoxnəfərli onlayn döyüş arenası |
Rejissorlar | Andrey van Run |
Prodüserlər | Cef Cu |
Ssenaristlər | Qraham Maknil |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows OS X |
Oyun rejimi | çoxnəfərli oyun, kooperativ oyun[d] |
Daşıyıcı | rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Beş nəfərdən ibarət iki komandanın qarşı-qarşıya gəldiyi oyunda hər komanda xəritənin özünə aid yarısını müdafiə etməyə çalışır. Hər oyunçu "çempion" olaraq adlandırılan, özünəməxsus bacarıq və oyun stilinə malik olan personajı idarə edir. Oyunun gedişində çempionlar təcrübə xalları toplayaraq, qızıl qazanaraq və əşyalar alaraq daha da güclənirlər. Oyunun əsas modu olan "Çağırışçı vadisi" modunda əsas məqsəd qarşı komandanın bazasına çatmaq və orda yerləşən "Neksus" adlı böyük strukturu məhv etməkdir.
League of Legends tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Tənqidçilər oyunun əlçatanlılığını, personaj dizaynlarını və istehsal dəyərini bəyənmişdirlər. Oyunun çıxdığı gündən etibarən ən böyük problemi oyunçularının neqativ və təhqiredici davranışlarıdır. 2019-cu ildən etibarən oyuna eyni anda 8 milyona yaxın oyunçu daxil olur. Oyunun populyarlığı musiqi videoları, komikslər, qısa hekayələr, animasiya serialının, oyunun uğuru mobil versiya və rəqəmsal kart oyunu kimi spin-off oyunlarının buraxılmasına gətirib çıxarmışdır.
League of Legends dünyanın ən böyük kiberidmanı hesab olunur və beynəlxalq arenada 12 peşəkar League of Legends liqası fəaliyyət göstərir. Yerli çempionatların qalibləri hər il Dünya çempionatında yarışırlar. 2019-cu ildəki Dünya çempionatını 100 milyondan çox izləyici izləmişdir. Yerli və beynəlxalq yarışlar Twitch, YouTube, Bilibili kimi onlayn platformalarda, eləcə də, ESPN kimi idman kanallarında yayımlanır.
Geympley
"League of Legends" çoxnəfərli onlayn döyüş arenası oyunudur. Oyunçular hər biri unikal bacarıqlara malik olan və "çempion" adlandırılan personajları izometrik prespektivdən idarə edirlər.[2][3] 2021-ci ilin iyulundan etibarən oyunda 156 çempion var.[4] Oyunun gedişində çempionlar rəqib öldürərək təcrübə xalları (XP) qazanırlar və səviyyə keçirlər (maksimum səviyyə 18-dir).[5] Minyon və çempion öldürmək, eləcə də, rəqibin strukturlarını məhv etmək çempiona qızıl gətirir və həmin qızılla alınan əşyalarla çempionu gücləndirmək mümkündür.[5][6] Oyunun əsas oyun modu olan Çağırışçı vadisi modunda əşyalar ancaq komandaların bazasında yerləşən mağazada alına bilər. Hər matç diskretdir, yəni səviyyələr və əşyalar bir matçdan digər matça daşınmır.[7]
Çağırışçı vadisi
Çağırışçı vadisi oyunun ən tanınmış, ən vacib və ən çox oynanan oyun modudur.[8][9][10] Peşəkar səviyyəli yarışlar bu oyun modunda oynanılır. Bu modun dərəcəli "nərdivanı" var. Oyunun sistemi oyunçunun bacarığına əsasən onu bir dərəcəyə yerləşdirir və oyunçu daha yüksək dərəcələrə dırmaşmağa başlayır. Hazırda oyunda 9 dərəcə var: dəmir, bürünc, gümüş, qızıl, platin, almaz, usta, böyük usta və iddiaçı.[11][12]
Bu modda hər komanda beş nəfərdən ibarət olur və qalib gəlmək üçün rəqibin Neksus adlı strukturunu məhv etmək lazımdır. Nexsus düşmən çempionlar və "qüllə" adlandırılan müdafiə qurğuları tərəfindən qorunur.[13] Hər komandanın Nexsusu həmin komandanın bazasında yerləşir. Baza oyunçuların oyunun əvvəlində və oyunun gedişində hər dəfə öldükləri zaman yenidən peyda olduqları yerdir. Minyonlar olaraq adlandırılan qeyri-oyunçu personajlar isə bazada yaranaraq 3 koridor boyunca düşmənin bazasına doğru irəliləyirlər: üst, orta və alt koridorlar boyunca.[14] Hər koridorun üçüncü qülləsi bazada yerləşən inhibitor adlı strukturu qoruyur. Başqa sözlə, rəqibin bazasında 3 inhibitor yerləşir. Bir inhibitoru məhv etmək bazada daha güclü minyonların çıxmasına səbəb olur və rəqib komanda Neksus ilə digər iki inhibitoru qorumaq üçün çətinlik yaşamağa başlayır.[15] Koridorlar arasında regionlar isə "cəngəllik" adlanır və cəngəllikdə minyonlar kimi müxtəlif bədheybətlər yaranırlar. Minyonlar kimi bədheybətləri öldürmək qızıl və XP gətirir.[16] Asan bədheybətlərdən əlavə oyunda daha güclü olan, öldürüləndə komandaya əlavə güclər verən və ancaq bir neçə oyunçunun köməyi ilə öldürülə bilən çətin bədheybətlər də var.[17] Məsələn, Vadinin xəbərçisi adlı bədheybəti öldürəndə həmin bədheybəti rəqibin qülləsini məhv etməyə göndərmək olur. Əjdahaları öldürdükdə komandanın bütün üzvlərinə müxtəlif gücləndirmələr gəlir. Baron Naşoru öldürmək isə komandanın minyonları daha güclü və dözümlü edir.[18]
Bu modun müddəti 15 dəqiqədən 1 saata qədər davam edə bilər.[19] Oyun oyunçuların hara getməsi üçün qayda qoymasa da, komanda üzvləri arasında vəzifə bölgüsü olur: bir oyunçu üst koridora, bir oyunçu orta koridora, bir oyunçu cəngəlliyə və iki oyunçu alt koridora gedir.[2][5][20] Koridorlardakı oyunnçular qızıl və XP qazanmağa, eləcə də, koridordakı rəqiblərin XP və qızıl qazanmamaları üçün onlara mane olmağa çalışırlar. "Cəngəllikçi" adlandırılan beşinci çempion isə cəngəllikdəki bədheybətləri öldürərək qızıl və XP qazanır, bəzən isə koridordakı komanda yoldaşlarına kömək etməyə gəlir.[21]
Digər modlar
Çağırışçı vadisi ilə yanaşı oyunun 2 daimi oyun modu da var. Sonsuz uçurum modu Çağırışçı vadisi kimi beş nəfərlik komandaların qarşı-qarşıya gəldiyi moddur, lakin bu modda cəmi bir koridor var, cəngəllik yoxdur və çempionlar təsadüfi seçilir.[22][23] Xəritə kiçik olduğu üçün oyunçular bu modda maksimum diqqətli olmalıdırlar. Bazadan bir dəfə çıxdıqdan sonra ancaq öləndən sonra bir daha əşya almaq mümkündür və can doldurmaq məhduddur.[24]
"Teamfight Tactics" 2019-cu ilin iyununda buraxılmış avto döyüşçü modudur və oyunun daimi modlarından biridir.[25][26] Bu modda oyunçular çempionlardan ibarət komandalar quraraq onları döyüşdürürlər. Oyunçular döyüşə birbaşa müdaxilə edə bilmirlər, sadəcə çempionların mövqelərini müəyyən edə bilirlər.[27] Bu mod iOS və Android platformaları üçün də əlçatandır.[28]
Bunlardan əlavə, oyunda bir çox müvəqqəti oyun modları da peyda olur. Bu modlar çox vaxt hansısa tədbirlə əlaqədar gətirilir.[29][30] Ultra sürətli atəş modu ilk dəfə 2014-cü ilin aprelində zarafat məqsədilə gətirilmişdir. Bu modda çempionların bacarıqları resurs xərcləmir, bacarıq müddətləri azdır, hərəkət sürəti çoxdur, sağalma effektiv deyil və hücumlar sürətlidir.[31][32] Bu mod müxtəlif vaxtlarda bir neçə dəfə gətirilmişdir.[33] Digər müvəqqəti oyun modlarına isə Hamı bir nəfər üçün, Neksus mühasirəsi, Ulti sehr kitabı kimi modlardır. Hamı bir nəfər üçün modunda bütün komanda eyni çempionlarla oynayır.[34][35] Neksus mühasirəsi modunda xəritə və koridorların yaxınlığı daha fərqlidir, oyunçular qalib gəlmək üçün müxtəlif mini-oyunlarda iştirak edirlər. Ulti sehr kitabı modunda isə oyunçu seçdiyi başqa bir çempionun ultisindən də istifadə edə bilir.
İstehsal
Buraxılışdan öncə
Qısaca "DotA" kimi tanınan "Defense of the Ancients" oyununun buraxılmasından sonra Riot Games qurucuları Brendon Bek və Mark Merill bənzər, amma daha yaxşı oyun istehsal etmək fikrinə düşmüşdülər. "DotA" əslində "Warcraft III: Reign of Chaos" videooyunu üçün hazırlanmış mod idi, yəni oyunçular əvvəlcə "Warcraft III" almalı, daha sonra bu modu quraşdırmalı idilər. "The Washington Post" jurnalisti Brayan Kresente yazırdı ki, "mod elə də yaxşı deyildi, tapılması və quraşdırılması çətin idi". Blizzard Entertainment "Warcraft III" oyununu genişləmə paketi ilə dəstəkləmiş, daha sonra digər layihələrə yönəlmişdir. Bek və Merill uzunmüddət oyunçular tərəfindən oynanılacaq bənzər oyun yaratmaq istəmişdilər.
Bek və Merill Cənubi Kaliforniya Universitetində "DotA" turniri keçirərək yeni layihə üçün üzvlər axtarmağa başlamışdılar. Onlar yeni oyununun prodüseri Cef Cu ilə qarşılaşmışdırlar. Cu "DotA" ilə yaxından tanış idi və oyunu yeni oyunçulara öyrətməyə çalışırdı. Bek və Merill onu müsahibəyə çağırmış və Cu Riot Games şirkətinə qatılmışdır. Bek və Merill "DotA" üzərində işləmiş 2 şəxsi də şirkətə cəlb etmişdirlər: modun dizaynerlərindən olan Stiv Fik və oyunçulara kömək edən saytı idarə edən Stiv Meskon. Fik demişdir ki, yeni oyunun ilkin istehsalı təkrarlarla dolu idi və bunu "DotA"-nı dizayn etməklə müqayisə etmişdir.
"Warcraft III" oyun mühərriki əsasında 4 ay ərzində hazırlanmış "League of Legends" ilk dəfə 2007-ci ildə Oyun İstehsalçıları Konfransında nümayiş etdirilmişdir. Lakin Bek və Merill potensial investor tapa bilmirdilər. Yayım şirkətləri oyunun free-to-play modelinə və tək oyunçulu modunun olmamasına şübhə ilə yanaşırdılar. Free-to-lay modeli Asiya bazarlarında test edilməmişdi, buna görə də yayım şirkətləri oyunun satışı və davam oyunu ilə maraqlanırdılar. 2008-ci ildə Riot Games oyunun Çində yayımlanması barədə Tencent holdinq ilə razılığa gəlmişdir.
"League of Legends" 7 oktyabr 2008-ci ildə Microsoft Windows üçün anons edilmişdir. Qapalı beta testi 2009-cu ilin aprelində başlamışdır. Buraxılışdan öncə cəmi 17 çempion mövcud idi. Əvvəlcə oyunun 20 çempionla buraxılmasını planlaşdırılmışdı, lakin oyun 27 oktyabr 2009-cu ildə Şimali Amerikada buraxılanda 20 çempion da əlavə olunmuşdur. Oyun əvvəlcə "League of Legends: Clash of Fates" adı ilə anons edilmişdi, çünki Riot Games potensial məzmun üçün fərqli subtitrlardan istifadə etməyi planlaşdırmışdı. Lakin oyunun tam buraxılışında bu fikirdən imtina etmişdirlər.
İstinadlar
- https://www.leagueoflegends.com/en-us/news/game-updates/patch-13-23-notes/.
- Blue, Rosario. "League of Legends: a beginner's guide". TechRadar. July 18, 2020. September 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2020.
- Watson, Max. "A medley of meanings: Insights from an instance of gameplay in League of Legends" (PDF). Journal of Comparative Research in Anthropology and Sociology. 6.1 (2068–0317). Summer 2015: 233. December 29, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 26, 2020.
Similar to an RTS, players control the action from an isometric perspective, however, instead of controlling multiple units, each player only controls a single champion.
- Asarch, Steven. "A new 'League of Legends' champion is a doll-turned-human, but the 'gothic Lolita' left some fans wanting more". Insider. 2 April 2021. April 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2021.
- Wolf, Jacob. "League 101: A League of Legends beginner's guide". ESPN. September 18, 2020. January 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2020.
- "League of Legends translated". BBC Sport. July 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2020.
- Watson, Max. "A medley of meanings: Insights from an instance of gameplay in League of Legends" (PDF). Journal of Comparative Research in Anthropology and Sociology. 6.1 (2068–0317). Summer 2015: 225. December 29, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 26, 2020.
[...] all champion experience, gold, and items are lost after an individual match is over [...]
- Rand, Emily. "How the meta has evolved at the League of Legends World Championship". ESPN (ingilis). September 17, 2019. January 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2021.
- "Esports primer: League of Legends". Reuters. March 25, 2020. January 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2021.
- Barrabi, Thomas. "Saudi Arabia to host 'League of Legends's esports competition with Riot Games". Fox Business. December 3, 2019. January 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2021.
- Kou, Yubo; Gui, Xinning. Emotion Regulation in eSports Gaming: A Qualitative Study of League of Legends // Proceedings of the ACM on Human-Computer Interaction. 4. October 2020. səh. 158:4. doi:10.1145/3415229. January 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2021.
- Gao, Gege; Min, Aehong; Shih, Patrick C. Gendered design bias: gender differences of in-game character choice and playing style in league of legends // Proceedings of the 29th Australian Conference on Computer-Human Interaction. OZCHI '17. Brisbane, Australia: Association for Computing Machinery. November 28, 2017. səh. 310. doi:10.1145/3152771.3152804. ISBN 978-1-4503-5379-3.
- "League of Legends terminology explained". BBC Sport (ingilis). September 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2020.
- Wolf, Jacob. "League 101: A League of Legends beginner's guide". ESPN. September 18, 2020. January 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2020.
Each team has 11 turrets. Every lane features two turrets in the lane, with a third at the end protecting the base and one of the three inhibitors. The last two turrets guard the Nexus and can only be attacked once an inhibitor is destroyed.
- Wolf, Jacob. "League 101: A League of Legends beginner's guide". ESPN. September 18, 2020. January 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 24, 2020.
The last two turrets guard the Nexus and can only be attacked once an inhibitor is destroyed. Remember those minions? Take down an inhibitor and that lane will begin to spawn allied Super Minions, who do extra damage and present a difficult challenge for the enemy team.
- Wolf, Jacob. "League 101: A League of Legends beginner's guide". ESPN. September 18, 2020. January 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 25, 2020.
... a jungler kills various monsters in the jungle, like the Blue Buff, the Red Buff, Raptors, Gromps, Wolves and Krugs. Like minions, these monsters grant you gold and experience.
- Watson, Max. "A medley of meanings: Insights from an instance of gameplay in League of Legends" (PDF). Journal of Comparative Research in Anthropology and Sociology. 6 (1). Summer 2015: 233. ISSN 2068-0317. December 29, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 26, 2020.
After a champion or neutral monster is killed, a period of time must pass before it can respawn and rejoin the game.
- Wolf, Jacob. "League 101: A League of Legends beginner's guide". ESPN. September 18, 2020. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 25, 2020.
- Wolf, Jacob. "League 101: A League of Legends beginner's guide". ESPN. September 18, 2020. January 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 24, 2020.
Getting strong enough to destroy the enemy Nexus comes with time. Games last anywhere from 15 minutes to, at times, even hours, depending on strategy and skill.
- Gilliam, Ryan. "The complete beginner's guide to League of Legends". The Rift Herald. September 29, 2016. January 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2021.
- Wolf, Jacob. "League 101: A League of Legends beginner's guide". ESPN. September 18, 2020. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 25, 2020.
Junglers start in the jungle, with the sole goal of powering up their characters to become strong enough to invade one of the three lanes to outnumber the opponents in that lane.
- Cameron, Phil. "What is ARAM and why is it brilliant? Harnessing the chaos of League of Legend's new mode". PCGamesN (ingilis). May 29, 2014. October 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2020.
- LeJacq, Yannick. "League of Legends's 'For Fun' Mode Just Got A Lot More Fun". Kotaku. May 1, 2015. January 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2021.
- Donaldson, Scott. "Mechanics and Metagame: Exploring Binary Expertise in League of Legends". Games and Culture (ingilis). 12 (5). July 1, 2017: 426–444. doi:10.1177/1555412015590063. ISSN 1555-4120. January 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2020.
- Goslin, Austen. "Teamfight Tactics is now a permanent mode of League of Legends". Polygon (ingilis). July 31, 2019. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2020.
- Gilroy, Joab. "An Introduction to Auto Chess, Teamfight Tactics and Dota Underlords". IGN. July 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 10, 2019.
- Palmer, Philip. "Teamfight Tactics guide: How to play Riot's autobattler". PC Gamer (ingilis). March 9, 2020. November 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2020.
- Harris, Olivia. "Teamfight Tactics Is Out Now For Free On Mobile With Cross-Play". GameSpot. March 19, 2020. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2021.
- Carter, Chris. "League of Legends' rotating game mode system is live". Destructoid. 9 April 2016. 19 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2021.
- Talbot, Carrie. "League of Legends patch 11.7 notes – Space Groove skins, One for All". PCGamesN. 31 March 2021. 31 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2021.
- Plunkett, Luke. "Riot Broke League Of Legends, And Fans Love It". Kotaku. April 2, 2014. April 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2020.
- Sanchez, Miranda. "League of Legends Releases Ultra Rapid Fire Mode". IGN. April 1, 2014. April 3, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2020.
- LeJacq, Yannick. "League Of Legends Should Keep Its Ridiculous April Fool's Joke Going". Kotaku. April 2, 2015. August 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2020.
- Talbot, Carrie. "League of Legends' hilarious One for All mode is back". PCGamesN. 5 March 2020. 27 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2021.
- Savage, Phil. "League of Legends' new One For All: Mirror Mode gives all ten players the same champion". PC Gamer. Future plc. 27 May 2014. 19 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2021.