Leşcil ağ kərkəs

Leşcil ağ kərkəs (lat. Neophron percnopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin ağ kərkəs cinsinə aid heyvan növü.

Leşcil ağ kərkəs
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Accipitrimorphae
Fəsilə:
Yarımfəsilə:
Növ:
Leşcil ağ kərkəs
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  175481
NCBI  33608
EOL  45515788
FW  137200

Statusu

Nadirdir.

Kateqoriyası

(VU). Mənfi təsirlərə həssasdır.

Genefond əhəmiyyəti

Azərbaycan faunasında cinsin tək növüdür.

Qısa təsviri

İri yırtıcıdır (2,1-2,4 kq). Ümumi rəngi ağ, çalma lələkləri qaradır. Quyruğu dar və pazvaridir. Üzü lələksiz çəhrayı–sarı rəngli dəridir. Boynunda və peysərində sərt lələklərdən ibarət “yaxalıq” var. Səsi fit kimidir.

Yayılması

Avropa, AsiyaAfrikada yayılıb. Azərbaycanda dağətəyi və dağlıq sahələrdə məskunlaşıb. Azərbaycanın 17 ornitocoğrafi sahəsindən 8-də nəsil verir, Şərqi Qafqaz dağ meşələri, Kiçik Qafqaz yüksək dağlığı, Şamaxı-Altıağac, Naxçıvan orta dağlığı, Talış bozqırları, Qobustan, Böyük və Kiçik Qafqaz dağətəyi sahələri.

Yaşayış yeri və həyat tərzi

Sıldırım qaya və yarğan olan açıq sahələrdə yaşayır. Sıx meşəni və düzənliyi xoşlamır. Azərbaycana nəsil vermək üçün gəlir (mart-apreldən oktyabra qədər olur). Aprelin axırında köhnə yuvasını təmir edir, bəzi cütü yeni yuva tikir. Yuvası sıldırım qayada, yaxud yarğanda kiçik mağaraya oxşar oyuqda yerləşir. Bəzən başqa quşun yuvasını zəbt edir. May ayının əvvəlində 2 ədəd pas kimi qonur ləkələri olan sarımtıl–ağ rəngli yumurta verir, 40 gün kürt yatıb bala çıxarır. İyulun axırlarında pərvaz balası müşahidə edilir. Əsas yemi leşdir. Leş yerini başqa quşlardan tez tapır. Eyni vaxtda tısbağa, kərtənkələ, ilan, qurbağa və s. ovlayır. Zibillikdən ərzaq qalıqları götürür.

Sayı

XX əsrin 50-ci illərinə qədər adi saylı olub. Sonralar azalıb. XX əsrin axırında Azərbaycanda cəmi 70 cüt quş sayılıb, indi isə 40 cüt qalıb.

Məhdudlaşdırıcı amillər

Uzun müddət zərərli bilib təqib edilməsi, yem bazasının zəifləməsi, qalanın da zəhərlənməsi, nəsil verən yerlərində səs-küyün çoxalması.

Əhali üçün əhəmiyyəti

Təbii sanitardır.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması və satışı qadağandır. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. Bakı zooparkında nümayiş etdirilib əhaliyə tanıdılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yem bazasının qorunması, yem azlığı şəraitində yuvası yaxınlığına leş atılması, ekoloji maarifçiliyin gücləndirilməsi, yuva sahəsinin təbiət abidəsi edilməsi.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.