Lazarevski
Lazarevski — Soçi şəhərinin mikrorayonu, Krasnodar diyarının Qara dəniz sahilindəki kurort. Soçinin Lazarevski rayonunun inzibati mərkəzi.
Lazarevski | |||
---|---|---|---|
adıq Псышӏопэ къал | |||
|
|||
43°54′49″ şm. e. 39°19′53″ ş. u. | |||
Ölkə | Rusiya | ||
Region | Krasnodar diyarı | ||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1839 год | ||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +7 862 | ||
Poçt indeksi | 354 200 | ||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Lazarevski Qara dəniz sahillərində, Psezuapse çayının mənsəbində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Soçidən 42 km şimal-qərbdə və Krasnodar şəhərindən 135 km cənubda yerləşir.
Lazarevski A-147 federal magistral yolu (Adler-Dzhubga) ilə və Tuapse-Adler dəmir yolu xətti kəsişməsində yerləşir.
Şimal-qərbdə Aşe, şimalda Mamedova Şel, şərqdə Alekseevskoye və cənubda Soloniki mikrorayonlarının əraziləri ilə həmsərhəddir. Qərbdə Qara dənizin suları ilə yuyulur. Şəhər daxilində dəniz sahilinin uzunluğu təqribən 14 km-dir.
Lazarevski Baş Qafqaz silsiləsinin cənub yamacının dağətəyi zonasının aran hissəsində yerləşir. Dağlar və silsilələr dəniz sahilindən uzaqlaşdıqca kəskin şəkildə yüksəlməyə başlayır. Şəhərin orta hündürlüyü dəniz səviyyəsindən 20 metr yüksəklikdədir. Şimal-şərqində Botəpə dağı (535 m), cənub-şərqdə isə Soutlyantəpə dağı (592 m) ən yüksək zirvələrdi. Lzarevskia yaxınlığında yapon bananı, kivi və kamfora ağacları becərilir.[1]
Kəndin iqlimi rütubətli subtropikdir. Orta illik hava temperaturu təxminən + 13,5 ° C, iyulun orta temperaturu + 24,0 ° C, yanvarın orta temperaturu isə + 6 ° C-dir. Orta illik yağıntı təxminən 1400 mm-dir. Yağıntıların çoxu qışda düşür.
Tarixi
Lazarevski mikrorayonunun yerində ilk yaşayış məntəqələri təxminən 4000 il əvvəl meydana gəlmişdir. Əvvəlcə insanlar yalnız ovla məşğul olurdular. Eramızdan əvvəl II minilliyin əvvəllərində əhali əkinçilik və maldarlıqla məşğul olmağa başladı. Kəndin yaxınlığında çoxlu arxeoloji abidələr qoyaraq bir vaxtlar maykop və dolmen mədəniyyətləri inkişaf etdirmişlər.[2]
Müasir kəndin yaranma tarixini 1839-cu il hesab etmək olar. Admiral Lazarevin başçılıq etdiyi donanma burda istehkam inşa etmişdir.[3] Qala admiralın Mixail Petroviç Lazarev adını daşıyırdı. 1839-cu ildə rus şairi dekabrist Aleksandr Odoyevski qalada malyariya qızdırmasından vəfat etmişdir.
10 fevral 1961-ci ildə Krasnodar diyarının Lazarevski rayonu ləğv edilərək şəhərdaxili rayon kimi Soçi şəhərinin tərkibinə daxil edildi, kurort ərazisi isə onun mikrorayonuna çevrildi.
İndi Lazarevskoye kəndi Qara dəniz sahilindəki ən böyük kurort bölgələrindən biridir.[4]
İstinadlar
- "Самшитовое ущелье". 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
- "История курорта Лазаревское". www.atlantasochi.ru. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-18.
- "Лазаревское. История". www.villa-nina.ru. 2012-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-21.
- "Указ Президиума ВС РСФСР от 10.02.1961 "О расширении территории города Сочи и упразднении Адлерского и Лазаревского сельских районов Краснодарского края"". 2018-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.