Lazar Lagin
Lazar İosifoviç Ginzburq (Lagin) (4 dekabr 1903-16 iyun 1979) - sovet yazıçı və şairi. Lazar Ginzburq - yazıçının əsl adıdır.
Lazar Lagin | |
---|---|
rus. Лазар Иосифович Лагин | |
Doğum tarixi | |
Doğum yeri | Vitebsk, Rusiya imperiyası |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | yəhudi |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | rus, idiş |
İstiqamət | sosialist realizmi, elmi fantastika |
Janrlar | roman, povest |
Üzvlüyü | |
Mükafatları | |
lib.ru/LAGIN | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Lazar Ginzburq (Lagin) 4 dekabr 1903-cü ildə Vitebsk şəhərində yəhudi ailəsində anadan olub. O, İosif Fayveleviç Ginzburqun ailədə beş uşaqdan birincisi idi. Növbəti il, Lazarın atası İosif pul qazanmaq məqsədi ilə Minskə köçüb burada mağaza açdı. 1919-cu ildə 15 yaşlı Lazar orta məktəbi bitirib attestat alır. Və məktəbi qurtardıqdan sonra könüllü olaraq Vətəndaş müharibəsinə gedir. 1920-ci ildə isə RK(b)P-nin üzvü olur. 1922-ci ildən Lazar Laginin şeir və qeydləri qəzetdə nəşr olunmağa başlayır. 1924-cü ildə Rostov na-Dona gedən Lagin Vladimir Mayakovski ilə görüşür və Mayakovski onun şeirləri yüksək qiymətləndirir. 1923-cü ildə Minsk konservatoriyasının vokal şöbəsində təhsil alan Lagin, musiqiyə marağı olmadığı üçün musiqi nəzəriyyəsindən kəsilir. 1924-cü ildə Moskvaya gələn Lagin Valeri Bryusovun studiyasında iştirak edir. 1925-ci ildə Karl Marks adına Moskva Xalq Təsərrüfatı institutunu bitirir. Sonra isə Qızıl Orduda xidmət edir. 1930-cu ildən Lagin "Sənayeləşmənin atası", "Pravda" (1932-ci ildən sonra "Timsah" qəzeti) qəzetlərində işləməyə başlayır. 1932-ci ildə "Pravda" ("Timsah") qəzetinin baş redaktoru olur. 1936-cı ildə SSRİ Yazıçılar İttifaqına qatılır. 1930-cu illərin sonlarında Lazar Şpitsbergen adasına uzun səfər edir. 1938-ci ildə onun "Qoca Xottabıç" nağıl-povesti "Pioner" jurnalında çap olunur. Həmin povest-nağıl əsasında 1956-cı ildə rejissor Gennadi Kazanski "Qoca Xottabıç" filmini çəkir.