Laza (Qusar)
Laza və ya Ləzə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Laza | |
---|---|
41°17′42″ şm. e. 48°06′22″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1832 |
Mərkəzin hündürlüyü | 1.660 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası və iqlimi
Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.
Toponimikası
- Laza oyk., sadə.
- Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır;
- Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi Dağıstanın Laza kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimlər gürcülərin etnoqrafik qrupu olan lazların adı ilə bağlıdır.[2]
Əhalisi
Kəndin 130 nəfər əhalisi 26 evdə yaşayır. Kəndin sakinləri ləzgilər, adi dağ həyatı yaşayırlar. Əhali ev təsərrüfatı ilə, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olurlar. Yayda sürülərini "Şah Yaylaq" və "Şah Nabat" kimi yüksək dağ otlaqlarına sürürlər.
Təhsilin vəziyyəti
- 4 illik ibtidai təhsil məktəbi var.
Mədəniyyəti
Əhali öz aralarında doğma ləzgi dillərində danışırlar. Ləzgi dili Dağıstan qrupunun qafqaz dillərinə daxildir, və bunun üçün xalqın yüksək mənəvi mədəniyyəti formalaşmışdır. Qonaqlarla sərbəst azərbaycan dilində danışırlar. Orta yaşlı nəslin nümayəndələri (kişilər) müəyyən qədər rus dilində danışa bilirlər. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylalarına çıxmaq üçün gələn xarici turistlərin sayı artdığından məktəblilər ingilis dili öyrənir.
İnfrastruktur
2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir[3].
Həmçinin bax
İstinadlar
- http://www.google.com/search?hs=uOq&q=%22K-39-097%22&btnG=Поиск&lr=&aq=f&oq=.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Şahdağ milli parkının inzibati bina kompleksinə baxış keçiriləcək. Arxivləşdirilib 2014-03-29 at the Wayback Machine (az.)