Layoş Koşut

Layoş Koşut (mac. Lajos Kossuth) (d. 19 sentyabr 1802, Monok, Macarıstan, ö. 20 mart 1894, Turin, İtaliya)- macar əsilzadə, hüquqşünas, jurnalist, siyasi xadim, dövlət adamı və 1848–1849-cu illər Macar inqilabı ərəfəsində Macarıstanın qubernatoru

Layoş Koşut
Lajos Kossuth
bayraq
Macarıstanın qubernatoru
14 aprel 1849 11 avqust 1849
SonrakıArtur Görgey
bayraq
Macarıstanın 2-ci baş naziri
2 oktyabr 1848 1 may 1849
ƏvvəlkiLayoş Batyani
SonrakıBertalan Semere
bayraq
Macarıstanın Maliyyə Naziri
7 aprel 1848 12 sentyabr 1848
SonrakıLayoş Batyani
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Monok, Macarıstan
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Turin, İtaliya
Vəfat səbəbi qrip
Dəfn yeri
Partiya Macar Müxalif partiyası
Təhsili
  • Sarospatak Kolleci[d] (–1820)
Fəaliyyəti iqtisadçı, jurnalist, siyasətçi, vəkil
Həyat yoldaşı Tereza Mesleni
Uşaqları

Ferens Layoş Akoş
Vilma

Layoş Tador Karoli
Dini Lüteranlıq

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Layoş Koşut 19 sentyabr 1802-ci ildə Zemplen əyalətinin Monok kəndində dünyaya gəlmişdir. Atası Lazlo Koşut, anası Karolina Veber olmuşdur. Onun ailəsi Felvidek bölgəsinin adlı-sanlı ailələrindən biri idi. Uşaqlıqdan yaxşı təhsil görən Layoş Budapeşt Universitetində hüquqşünas ali təhsili almış, Fransız, Latın, Alman, İngilis dillərini öyrənmişdir.[1]

Siyasi fəaliyyəti

Siyasi fəaliyyətinə ilk dəfə Peşt şəhərində başlamışdır. İlk əvvəl reformist müxalifətin üzvlərindən olmuş, Pozsoni parlamentinə girmişdir. Öz düşüncələrini yaymaq üçün əl yazma qəzetlər çıxarmağa başlayan Layoş bu yolla parlamentin fəaliyyətləri, qərarları barədə əhaliyə məlumat vermişdir. Qəzet nəşrləri ilə diqqətləri öz üzərində toplayan Layoş parlamentlər toxunulmazlığını itirən zaman 5 may 1837-ci ildə həbs edilmişdir. Onun həbsi Macarıstanda böyük hay-küyə səbəb olmuşdur. Beləki xalq Layoşun azadlığa buraxılması üçün mitinqlər təşkil etmişdi. 1840-cı ildə əfdən yararlanan Layoş həbsdən çıxarkən artıq Macar xalqının haqqlarını müdafiə edən qəhramanlardan birinə çevrilmişdi. Həbsdən çıxdıqdan sonra o bir müddət "Peşti Hirlap" qəzetinin direktoru olmuş və reformist fikirlərini bu qəzet vasitəsilə xalqla paylaşmışdır, lakin 1844-cü ildə senzuralara görə qəzetdəki işindən uzaqlaşdırılır. 1847-ci ildə Macar məclisinə daxil olub, müxalifətin liderliyini boynuna götürmüşdür. Batyani və Layoşun inanclarına görə; Macarıstanın azadlığı yalnız digər bölgələrdə də konstitusiya idarəsi qurulsa möhkəm bir təmələ əsaslana bilərdi. Bu fikir böyük dəstək toplamasa da, ölkədə kaosun hökm sürdüyü bir vaxtda meydana çıxdığı üçün qarışıqlıqdan faydalanan Layoşun hazırladığı bildiriş Vyanada qəbul edilmişdir.[2]

Macar inqilabında fəaliyyyəti

1848-ci ildə Batyaninin hökumətində Maliyyə naziri vəzifəsinə gətirilmişdir. Bəhs edilən dövrdə Avstriya böhran vəziyyətində idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Layoş Koşut istiqlal mübarizəsinin lideri və Milli müdafiə komitəsinin rəhbəri kimi "Vyanadan ölü əlinin uzaqlaşdırmaq lazımdı" şüarı ilə ordunu ayağa qaldırdı. Sentyabrın 8-də Xorvat qoşunu Macarıstana daxil oldu, lakin Macarlar tərəfindən məğlub edildi. Ölkədə Avstriya imperatorunun da qanuni elan etdiyi parlamentar bir rejim quruldu, lakin bununla kifayətlənməyən Koşut parlamenti ləğv edərək Macar müdafiə komitəsinin dəstəyi ilə əsilzadələrdən ibarət yeni bir hökumət yaratdı. Artıq dekabr ayında Avstriya qoşunları Macarıstana daxil olmuşdu, lakin Avstriya ordusu Macarlar tərəfindən məğlub edildi. 14 aprel 1849-cu ildə Macarıstan öz müstəqilliyini elan etdi. Layoş Koşut yeni yaradılan hökumətin qubernatoru oldu. Bu hadisələrin işğalı altında olan LitvaLativyaya təsir edəcəyindən qorxuya düşən Rusiya Habsburq sülaləsi adından və Macar ordusundakı Litvalı əsgərləri bəhanə edərək 200 minlik ordu ilə Avstriyaya daxil oldu. Millətçilə rsayca çox olan rus ordusuna qarşı müqavimət göstərə bilmədi. Üsyan qanlı bir formada yatırılaraq Macar taxtına yenidən Habsburq sülaləsi gətirildi. Hadisələrin belə cərəyan etməsi Layoş Koşut və tərəfdarlarını Osmanlı dövlətinə sığınmağa məcbur etdi. O 1850–1851-ci illər ərazində Türkiyənin indiki Kütahya şəhərində yaşamışdır.[3]

Vəfatı

1852-ci ildə Macarıstanın müstəqilliyi üçün mübarizə aparmaq məqsədilə əvvəlcə İngiltərəyə sonra isə ABŞ-yə səfər etmişdir. Hər iki ölkədə də xoş qarşılanan Layoş nə İngiltərə və ABŞ-nin, nə də ki, Fransanın dəstəyini ala bilmədi. Nəticədə Londona qayıdaraq 7 il burada yaşadıqdan sonra İtaliyanın Turin şəhərinə köçdü. 1894-cü ilin mart ayının 20-də isə burada vəfat etmişdir.

Əsərləri

Güclü natiq olan Layoş gözəl nitqin incəlikləri barədə məlumatları "Nitqlər" adlı əsərində toplamışdır. Bundan başqa "Qürbət xatirlələrim" adlı 13 cildlik kitabı vardır. Hər iki kitab xarici dillərə tərcümə edilib, nəşr etdirilmişdir.

İstinadlar

  1. Alev, Duran; İsmail, Köse. "LAJOS KOSSUTH VE MACAR MÜLTECİLER". Selçuklu Araştırmaları dergisi (6). 2017: 291–314.
  2. "Hungarian President Louis Kossuth Concerning the Centralization of Power". 2018-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
  3. Nazır, Bayram. Macar ve Polonyalı mülteciler. İstanbul. 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.