Laymen Frenk Baum

Laymen Frenk Baum (1856 – 1919) — Amerika jurnalisti, yazıçısı.

Laymen Frenk Baum
ing. Lyman Frank Baum
Doğum adı Lyman Frank Baum
Doğum tarixi 15 may 1856(1856-05-15)[1][2][…]
Vəfat tarixi 6 may 1919(1919-05-06)[1][2][…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Vətəndaşlığı
Fəaliyyəti jurnalist, film prodüseri, yazıçı, roman yazıçısı, aktyor, uşaq ədəbiyyatı yazıçısı, ssenarist, şair, teatr aktyoru, fantastika yazıçısı[d], redaktor[d], kino aktyoru, sufrajist, nasir, dramaturq
Fəaliyyət illəri 1897-ci ildən
Əsərlərinin dili ingilis dili
İmza
Vikimənbənin loqosu Laymen Frenk Baum Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Amerika jurnalisti Liman Frenk Baum 1856-cı ildə anadan olmuşdur. Frenk Baum uşaq yazıçısı olmaq fikrində deyildi. Birinci kitabını əyləncəli şəkillərə yazdığı mətni o, dostu, rəssam Denskonun xahişi ilə qələmə almışdır. Kitab bəyənilmiş və Baum Uydurma Oz ölkəsinin qəribə sehrbazı haqqında böyük nağıl yazmaq qərarına gəlmişdir. Amerikan uşaqları Frenk Baumi "Oz şəhərinin sehrbazı" kitabı ilə tanıyırlar. Bu kitab 14 cilddən ibarətdir. Bizlərə bu kitab "Zümrüd şəhərinin sehrbazı" adı altında gəlib çatmışdır. Nağıl müvəffəqiyyət qazanmış, tezliklə səhnəyə qoyulmuş və oxucular müəllifdən nağılı davam etdirməyi xahiş etmişlər. Baum özü də qəhrəmanlarını xoşlamış və onlarla bir də görüşməyə həvəslə razılıq vermişdir. Bir neçə il ərzində o, Oz ölkəsinin möcüzələri haqqında 13 povest-nağıl yazıb tamamlamışdır. Bu əsərdə Doroti adlı cəsur qız və onun şən dostlarından danışılır. Doroti qasırğa nəticəsində doğma Kanzasdan sehrli bir ölkəyə düşür. Orada onun başına bir çox məcarələr gəlir. O, özü də bilmədən qəddar cadugəri öldürür. Cənub cadugəri ilə tanış olduqdan sonra onun və yaxın dostlarının köməyi ilə o, Kanzas şəhərinə qayıdır. Bu nağılda dostluq, birlik, yaxşılıq qalib gəlir.

Frenk Baum 1919-cu ildə ölmüşdür.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. L. Frank Baum // Encyclopædia Britannica (ing.).
  3. LIBRIS. 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.