Nəcib dəfnə

Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən, ətirli, həmişəyaşıl subtropik ağac və ya kol növü.

Nəcib dəfnə
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Cins:
Növ:
Nəcib dəfnə
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  503343
NCBI  85223
EOL  486835

Ümumi

Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiyaŞotlandiyada təsadüf edilir.[mənbə göstərin]

Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur. Erkək çiçəklərində erkəkcikləri 8-dən 12-ə qədər, 2-3 dairə üzrə düzülmüşdür. Erkəkciklərin saplağı çılpaq, 8 xarici erkəkciyin hər biri 2 ədəd vəziyə malikdir. Dişi çiçəklərdə 4 ədəd erkəkcik rüşeym halında olub, iki çiçək yanlığının bölümləri ilə növbələşir. Yumurtalığı biryuvalıdır. Meyvəsi ellips və ya yumurtavari, qara rəngli və bir toxumlu çəyirdəkdir.[mənbə göstərin]

Sentyabr ayında yetişir. Qələm və kök pöhrələri ilə çoxaldılır. Dəfnə quraqlığadavamlı, işıqsevəndir, yarımkölgəli yerlərdə də bitir. [mənbə göstərin]

Abşeron, Lənkəran, Zaqatala, Gəncə, Şəmkir, Füzuli və b. Rayonlarda, parklarda təsadüf edilir.

Yarpaqlarında 3,1% efir yağı, 13,8% pentoza şəkəri, 0,8-1,2% pektin və aşılayıcı maddələr vardır.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 369.

Ədəbiyyat

  • Azərbaycan Dendroflorası III cild, Bakı, Elm, 2016, 400 səh.
  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Məmmədov, İsgəndər və Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri, Bakı Elm, 2014, 380 səh
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.