Laursab Andronikaşvili
Luarsab Nikolayeviç Andronikov (Andronikaşvili; 14 fevral 1872 və ya 26 fevral 1872, Ojio[d], Tiflis quberniyası – 19 dekabr 1939, Tbilisi)[1] — hüquqşünas, ictimai xadim. Məşhur ədəbiyyatşünas İrakli Andronikov və fizik Elevter Andronikaşvilinin atası.
Laursab Andronikaşvili | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1872 və ya 26 fevral 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 19 dekabr 1939 (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası (1917-ci ilə qədər) |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas |
Uşaqları |
Elevter Andronikaşvili İrakli Andronikaşvili |
Həyatı
Laursab Andronikaşvili mayor Nikolay Vissarionoviç Andronikovun zadəgan ailəsində anadan olub (1836-təx.1882). Laursabın məxsus olduğu Andronikaşvili nəsli Gürcüstanın ən zədim zadəgan soylarındandır. Gürcü əfsanələrinə görə, Andronikaşvili knyaz soyu əvvəlini 1183-1185-ci illərdə Konstantinopolda hökmranlıq edən Bizans imperatoru Andronik Komnenosdan götürür. Onun oğlu Aleksey, atasının ölümündən sonra Gürcüstana sığınmış və burda öz nəsil-şəcərəsinin başlanğıcını qoymuşdur. Gürcüstan salnamələrində bu soyad ilk dəfə 1558-ci ildə çəkilmişdir. Laursab Andronikaşvili zadəgan olması hesabına ən yaxşı təhsil ocaqlarında oxumuşdur.
Laursab Andronikaşvili orta təhsilini Tiflisdə almışdır. Burada Birinci Tiflis Kişi Gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburqa yollanmışdır. Laursab Andronikaşvili Sankt-Peterburq Universitetinin hüquq fakültəsində təhsilini davam etdirir. Təhsilini Almaniyanın Heydelberq və Strasburq Universitetlərinin Fəlsəfə fakültələrində təkmilləşdirir. Andronikaşvili 1897-ci ilin sonunda Rusiyaya qayıdır və universitetdə təhsil almağa davam edir, 1899-cu ildə təhsilini başa vurur.[2]
Laursab Andronikaşvili 18 oktyabr 1899-cu ildən Hüquq üzrə vəkil köməkçisi, 7 yanvar 1906-cı ildən Sankt-Peterburqda hüquq üzrə vəkil vəzifələrində çalışır.[3] 1905-ci ildən Laursab vəkil köməkçisi V.B.Stankeviç ilə birlikdə 150-dən çox siyasi mühakimədə iştirak etmişdir.[4]
Laursab Fevral burjua inqilabını dəstəkləyir. O, 1917-ci ildən sonra müxtəlif təhsil müəssisələrində dərs demişdir. 1919-1920-ci illərdə Tula Ali Pedaqoji İnstitutunda fəlsəfə mövzusunda mühazirə oxuyur. 1920-ci ildə ailəsi ilə birlikdə Moskvaya köçür, burada Dövlət İnstitutunda məhkəmə bəlağəti mövzusunda mühazirələr oxuyur və Xalq Təsərrüfatı Ali Şurasında hüquq məsləhətçisi olaraq xidmət göstərməyə başlayır. Laursab Andronikaşvili 1921-ci ilin payızında birdəfəlik Gürcüstana köçür və burada ölənə qədər təşkil etdiyi Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinin professoru olaraq çalışır.[5]
Laursab Andronikaşvili Gürcüstanın ictimai xadimlərinin dəfn edildiyi qəbirstanlıqda Didube panteonunda dəfn edilmişdi.
İstinadlar
- Ныне Ахметский район
- "www.famhist.ru". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
- Список присяжных поверенных округа Санкт-Петербургской судебной палаты и их помощников к 31 января 1914 г. — СПб., 1914. — С. 71—72.
- "www.rulex.ru". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
- sug.kiev.ua
Ədəbiyyat
- Макашвили В. Г. Луарсаб Николаевич Андроникашвили (к 110-летию со дня рождения). // Правоведение. Известия высших учебных заведений. — Л., 1982, № 2. — С. 61—68.
- Троицкий, Николай Алексеевич Адвокатура в России и политические процессы 1866—1904 гг. — Тула, 2000. — С. 141—142.