Latvenerqo

Latvenerqo (latış. Latvenergo) — Latviya dövlət enerji şirkəti, ölkənin elektrik enerjisinin təxminən 70%-nı istehsal edir.[3] Həm müəssisələr, həm də respublika sakinləri üçün elektrik enerjini təchiz edir.

Latvenerqo
latış. Latvenergo
Ümumi məlumatlar
Sənaye Elektrik enerjisinin istehsalı və paylanması
Təsis tarixi 1958
Baş qərargahın yeri Riqa, Latviya
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 1.231.020.000  (2022)[1]
Xalis mənfəəti
  • 76.000.000  (2018)[2]
Struktur
İşçi sayı 4517 (2010-cu il),
1428 (2013-cü il)
latvenergo.lv

Tarixi və fəaliyyəti

1958-ci ildə Latviya SSR dövründə yaradıldı.

Latvenerqonun tərkibinə aşağdakilar daxildir:

  • ümumi təsis olunmuş gücü 1537.4[4] MVt olan dörd su elektrik stansiyası:
    • Ayviyekste SES
    • Kequms SES
    • Plyavin SES
    • Riqa SES
  • ümumi elektrik gücü 474 MVt və istilik gücü 1525 MVt-a qədər olan iki istilik elektrik stansiyası;
    • Riqa İES-1
    • Riqa İES-2
  • gücü 1.2 MVt olan Aynaji şəhəri yaxınlığındaki külək elektrik stansiyası.

Latvenerqo, Latvijas elektriskie tīkli adlı elektrik təchizatı şirkətinin ana şirkətidir, bölüşdürücü sistemi isə Latvenerqo şirkətinin keçmiş törəməsi olan Augstsprieguma tkkls tərəfindən idarə olunur.

Latvenerqo eyni zamanda təsis olunmuş elektrik gücü 12 MW və istilik gücü 427 MW olan Liepājas enerasija şirkətinin şərikidir.

1979-1987-ci illərdə Latvenerqo Dauqavpils su elektrik stansiyasının tikintisində iştirak etmişdir. Bu layihə hazırda dayandırılıb; .irkət rəhbərliyi, Latvenerqonun bu su elektrik stansiyasının tikintisi ideyasına qayıtmayacağını bildirdi, çünki onun inşası Belarus Respublikasının ərazisinə keçir.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.