Larri Peyc
Lavrens Eduard Peyc (ing. Lawrence Edward Page;[4][5][6] 26 mart 1973[1][2][…], İst-Lensinq[d][3]) — amerikalı iş adamı, kompüter alimi və internet sahibkarı. Sergey Brin ilə birlikdə Google-un yaradıcısı kimi tanınır.[4][7]
Larri Peyc | |
---|---|
ing. Larry Page | |
Doğum tarixi | 26 mart 1973[1][2][…] (51 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Peyc 1997-ci ildən 2001-ci ilin avqustuna qədər Erik Şmidt üçün istefa verənə qədər Google-un baş icraçı direktoru idi və daha sonra 2011-ci ilin aprelindən 2015-ci ilin iyuluna qədər "əsaslı işlərin görülməsi üçün yaradılmış" Alphabet-in baş direktoru oldu.[8] Brin ilə birlikdə şirkətdəki bütün rəhbər və gündəlik vəzifələrindən istefa verənə qədər 4 dekabr 2019-cu ilə qədər bu vəzifəni tuturdu. Hal-hazırda Alphabet-in idarə heyətinin üzvü və nəzarətçi səhmdarıdır.[9]
2023-cü ilin noyabrına olan məlumata əsasən, Bloomberg Milyarderlər İndeksinə görə Peycin sərvəti 116 milyard dollardır və bu onu dünyanın səkkizinci ən varlı insanı edir.[10] O, həmçinin Kitty Hawk və Opener uçan avtomobil startaplarına sərmayə qoyub.[11]
Peyc 2004-cü ildə Brin ilə birlikdə Markoni Mükafatını qazanmasına səbəb olan Google üçün axtarış sıralama alqoritmi[19] olan PageRank-ın yaradıcısıdır. Sistem onun soyadını daşıyır.[20]
Həyatı
Lourens Edvard Peyc 26 mart 1973-cü ildə[21] Miçiqan ştatının Lansinq şəhərində anadan olub.[22][23] Anası yəhudidir.[24][23] Peycin ailəsi sekulyar olmasına baxmayaraq,[24][25] ana babası daha sonra İsrailə köçüb.[23] Atası Karl Viktor Peyc Miçiqan Universitetində kompüter elmləri üzrə fəlsəfə doktoru dərəcəsi qazanıb. BBC müxbiri Vill Smeyl onu "kompüter elmləri və süni intellektdə qabaqcıl" kimi təsvir edib.[26] Peycin atası Miçiqan Dövlət Universitetində (MDU) kompüter elmləri professoru, anası Qloriya isə həmin institutun Layman Brics Kollecində kompüter proqramlaşdırması üzrə təlimatçı olub. Larrinin valideynləri o səkkiz yaşında ikən boşanıb,[27][26][28] lakin o, həm anası Qloriya, həm də atasının uzunmüddətli partnyoru və MDU professoru Coys Vildental ilə yaxşı münasibət saxlayıb.[29]
Müsahibə zamanı Peyc uşaqlıq evinin "adətən hər yerdə kompüterlər, elm və texnologiya jurnalları və Popular Science[30] jurnalları ilə dağınıq" olduğunu xatırlayırdı. Peyc 2013-cü ildə Google təsisçilərinə yazdığı məktubunda gənclik illərində həvəsli oxucu olduğunu bildirmişdi: "Kitab və jurnallara çox vaxt sərf etdiyimi xatırlayıram."[31] Yazıçı Nikolas Karlsonun fikrincə, Peycin ev atmosferi və diqqətli valideynlərinin birlikdə verdiyi təsir onun "yaradıcılığına və ixtiraetmə qabiliyyətinə təkan verib". Peyc həmçinin müxtəlif musiqi alətlərində ifa edir və musiqi bəstəkarlığını öyrənirdi. Valideynləri onu musiqi yay düşərgəsinə göndərmişdilər. Peyc musiqi təhsilinin onun səbirsizliyini və hesablama sürətinə olan həvəsini ilhamlandırdığını bildirmişdi. Müsahibədə Peyc dedi ki, "musiqidə siz zamanı çox dərk edirsiniz. Zaman əsas şey kimidir" və "Əgər bunu musiqi nöqteyi-nəzərindən düşünürsənsə, zərb aləti ifaçısısansa, nəyisə vurursan, bu, millisaniyələrdə, saniyənin kəsirlərində baş verməlidir."[12]
Peyc ilk dəfə 6 yaşında ikən kompüterlərə maraq göstərdi, çünki o, anası və atasından qalan birinci nəsil fərdi kompüterlərlə, yəni "ətrafında olan əşyalarla" oynamağı bacarırdı.[27] O, "ibtidai sinifdə mətn prosessoru tapşırığını həll edən ilk uşaq" olmuşdu.[29] Böyük qardaşı Karl Viktor ona əşyaları sökməyi öyrətmişdi. O, "çox erkən yaşlarımdan mən də bir şeylər icad etmək istədiyimi başa düşdüm. Buna görə də texnologiya və bizneslə maraqlandım. Yəqin ki, 12 yaşımdan sonra bir şirkət quracağımı bilirdim." demişdi.[32]
İstinadlar
- Larry (Lawrence) Edward Page // Brockhauz Ensiklopediyası (alm.).
- Larry Page // GeneaStar.
- Larry Page: A very private poster boy (brit. ing.). // The Independent Britain: 2011. ISSN 1741-9743
- "Larry Page". Forbes. January 18, 2020. October 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2020.
- "Larry Page's house in Palo Alto, California". September 8, 2008. July 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2016.
- The Columbia Electronic Encyclopedia. "Page, Larry". Thefreedictionary.com. 2013. August 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2018.
- "In The Garage Where Google Was Born". Mashable. September 27, 2013. September 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2016.
- Yarow, Jay. "Google new operating structure – Business Insider". Business Insider. August 10, 2015. August 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 10, 2015.
- Yurieff, Kaya. "Google co-founder Larry Page stepping down as CEO of Alphabet". CNN. December 3, 2019. December 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2019.
- "Bloomberg Billionaires Index: Larry Page". Bloomberg.com. February 28, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 5, 2023.
- "Larry Page is quietly amassing a 'flying car' empire". theverge.com. September 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2022.
- Nicholas Carlson. "The Untold Story Of Larry Page's Incredible Comeback". Business Insider. Business Insider, Inc. April 24, 2014. February 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2015.
- "Gmail Now Has 425 Million Users, Google Apps Used By 5 Million Businesses And 66 of the Top 100 Universities". TechCrunch. AOL. June 28, 2012. June 30, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2017.
- "60 Amazing Google Search Statistics and Facts". DMR – Digital Marketing Ramblings. February 2, 2014. February 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2015.
- "Google Search Statistics". internetlivestats.com. February 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2015.
- "Google locations". August 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2016.
- "Google Inc. Announces Fourth Quarter and Fiscal Year 2014 Results". February 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2015.
- "Management team". Google Company. February 2, 2015. December 30, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2015.
- [12][13][14][15][16][17][18]
- "The Marconi Society Fellows". marconisociety.org. October 17, 2012 tarixində arxivləşdirilib.
- "Larry Page". Biography. February 9, 2019 tarixində arxivləşdirilib.
- Brin, Sergey; Page, Lawrence. "The Anatomy of a Large-Scale Hypertextual Web Search Engine". Stanford University. 1998. February 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- Lowe, Janet. Google Speaks: Secrets of the World's Greatest Billionaire Entrepreneurs, Sergey Brin and Larry Page. Hoboken, N.J.: John Wiley & Sons. 2009. səh. 22. ISBN 978-0-470-50122-1. OCLC 427903805.
- Brezina, Corona. Sergey Brin, Larry Page, Eric Schmidt, and Google (1st). New York: Rosen Publishing Group. 2013. 18. ISBN 978-1448869114. LCCN 2011039480.
- Mark Malseed. "The Story of Sergey Brin". Moment magazine. 32 cild no. 1. February 2007. July 14, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- Will Smale. "Profile: The Google founders". BBC News. April 30, 2004. May 1, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- "Larry Page Biography and Interview". achievement.org. American Academy of Achievement. October 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 3, 2019.
- "Alumni newsletter" (PDF). səh. 2. May 3, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: May 16, 2014.
- Vise, David; Malseed, Mark. The Google Story. Delacorte Press. 2008. ch. 2. ISBN 9780385342728.
- Carlson, Nicholas. "The Untold Story Of Larry Page's Incredible Comeback". Business Insider. December 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2019.
- Larry Page. "2013 Founders' Letter". Google Investor Relations. 2013. February 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2015.
- Scott, Virginia A.. Google / Virginia Scott. Corporations That Changed the World. Westport, Connecticut; London: Greenwood Press. October 30, 2008 [First published in 2008]. səh. 2. ISBN 978-0313351273. ISSN 1939-2486. LCCN 2008030541. OCLC 234146408.