Larnaka

Larnaka (yun. Λάρνακα;türk. Larnaka) - Kipr Respublikasının şəhərlərindən biri. Limasol (yun. Λεμεσός) - Kipr Respublikasının şəhərlərindən biri. Kipr Respublikasında paytaxt Nikosiya şəhərindən sonra ən əhəmiyyətli iki şəhərdən biri hesab olunur (digəri Limasol). Şəhərdə OsmanlıXilafət dönəmlərinə aid bir sıra mühüm tarixi abidələr mövcuddur. Bunlardan ən tanınmışı Hala Sultan Xanəgahıdır. Eyni zamanda Kipr adasının ən böyük hava limanı olan Larnaka beynəlxalq hava limanı bu şəhərdə yerləşir.

Larnaka
Λάρνακα
34°55′ şm. e. 33°38′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 31,73 km²
Mərkəzin hündürlüyü 26 m
Saat qurşağı
Əhalisi
Əhalisi 77,902 nəfər ((2011))
Rəsmi dili
Digər
larnaka.com
Larnaka xəritədə
Larnaka
Larnaka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1878-ci ilə aid olan xəritədə Kipr adasında yerləşən Larnaka şəhərinin planı təsvir edilmişdir. Xəritə eyni zamanda şəhərə gedən yolları göstərir.

Larnaka şəhəri eramızdan əvvəl XIV əsrdə Qədim Yunanıstanda yaşayan yunanlar tərəfindən Kition adı ilə salınmışdır. Həmin tarixdən bəri şəhər və ətrafında yaşayış mövcuddur. Müxtəlif zamanlarda baş verən zəlzələlər zamanı dağılan və sonralar yenidən inşa edilən şəhərin liman hissəsi Orta əsrlər zamanı zədələnmiş və nəticədə palçıqla dolmuşdur. Bundan sonra şəhərin cənub tərəfində qalan sahil hissəsində də şəhər salma işlərinlə başlanılmışdır. Günümzdə Larnakanın antik limanının və məşhur qalasının izləri itmişdir. 1426-1489-cu illər aralığında Məmlüklər tərəfindən idarə edilən şəhər, 1489-cu ildə Venesiya Respublikasının nəzarəti altına keçmişdir.

Kipr adasının Osmanlı İmperiyası tərəfindən fərh edilməsi zamanı Lefkoşa şəhərinin ələ keçirilməsindən sonra Larnaka şəhəridə təslim olaraq Osmanlı nəzarəti altına keçmişdir. Şəhər XIX əsrdə adanın ən böyük və ən önəmli liman şəhəri hesab olunurdu. 1894-cü ildə aparılan arexoloji qazınatılar zamanı Kition şəhərinin qalıqlarında rastlanılmışdır.

Qalereya

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.