Larisa Karlova

Larisa Karlova (d. 7 avqust 1958; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Larisa Karlova, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Larisa Karlova, həmdə Dünya Çempionatlarında 2 qızıl, və 1 gümüşmedala sahib olub.

Larisa Karlova
Ümumi məlumatlar
Tam adı Larisa Aleksandrovna Karlova
Doğum tarixi
Doğum yeri Kiyev, Ukrayna
Vətəndaşlığı Ukrayna Ukrayna
Təhsili
Mövqeyi Meydan oyunçusu

Karyerası

Larisa Karlova, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.

Larisa Karlova növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.

Larisa Karlova sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, Norveç yığması ilə 19:19 hesablı bərabərə qaldı və XXIV Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.