Lankasterli Filippa

Lankasterli Filipa (ing. Philippa of Lancaster; port. Filipa de Lencastre) (31 mart 136019 iyul 1415) — Portuqaliya kralı I Conun xanımı, Portuqaliya kraliçası. O, İngiltərə kralı III Eduardın oğlu Gentli ConunLankasterli Blanşın qızı idi.

Lankasterli Filippa
Şəxsi məlumatlar
Doğum tarixi 31 mart 1360
Vəfat tarixi 19 iyul 1415 (55 yaşında)
Vəfat səbəbi taun
Sülalə Lankaster sülaləsi
Atası Gentli Con[1]
Anası Lankasterli Blanş[1]
Həyat yoldaşı
Uşaqları

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Uşaqlıq illəri

Filipa 31 mart 1360-cı ildə Lankaster hersoqu Gentli ConLankasterli Blanşın ən böyük qızı olaraq Lester qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Elizabet və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Filipanın anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və Filipanın dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Filipa, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı.

Evliliyi

Filipa Portuqaliya kralı I Conla evlənərək Portuqaliyanın konsort-kraliçası oldu. Bu evlilik Fransa-Kastiliya birliyinə qarşı İngiltərə-Portuqaliya ittifaqında atılan son addım idi. Cütlük 2 fevral 1387-ci ildə Porto kafedralında kilsə tərəfindən müqəddəs elan edildi və cütlüyün toy mərasimi 14 fevralda baş tutdu. Cütlüyün nikahı kral sarayında 15 gün boyunca dəbdəbəli şəkildə qeyd olundu. İlk başda 27 yaşlı Filipanın artıq ana olmaqla bağlı probleminin olması düşünülsə də, Filipanın bu evlilikdən 6-sı yetkinlik yaşına çatan 9 övladı dünyaya gəldi.

Ənənəyə əsasən cütlük bir-birini rəsmi nikahdan 12 gün sonra gördü. Filipanın saraya gəlişi olduqca səs-küylü oldu. Belə ki, o saraya gələndə kralın uzun müddətdir münasibət saxladığı İnes Peres adlı məşuqəsi və ondan dünyaya gələn 2 övladı vardı. Bunlardan Afonso 10 yaşında, Beatris isə 5 yaşında idi. Filipa uşaqları öz himayəsinə aldı və kral sarayında böyümələrinə icazə verdi. Ancaq kralın məşuqəsi dərhal saraydan qovuldu və daha sonra Filipanın əmriylə monastrda rahibə olaraq yaşamağa məcbur edildi.

Portuqaliya kralı ilə olan evliliyi Filipanın atası ilə Portuqaliya taxt-tacı arasında yeni bir ittifaqın qurulmasını hədəfləyirdi. Belə ki, Gentli Conun Kastilyalı Konstansa ilə olan ikinci evliliyindən Ketrin adlı bir qızı vardı və bu vasitəsilə Kastiliya krallığında taxt iddiası yaranmışdı. Bu halda I Con gələcək "qonşu"su ilə yaxın münasibət saxlamaq niyyətində idi. Bu səbəblə 1386-cı ildə Vindzor sarayında tərəflər arasında yeni bir ittifaq sənədi imzalandı. Bu uzunmüddətli ittifaq Napaleon dönəmiII Dünya Müharibəsi illərinə qədər qüvvədə qaldı.

Filipa 55 yaşında ikən vəba xəstəliyinə tutuldu və bu səbəblə Lissabondan sahil şəhəri olan Sakavemə daşındı. Hər 3 oğlunu da yanına çağıran Filipa onlara nəsihət etdikdən sonra hər birinə qiymətli daş-qaşla bəzəli qılınc hədiyyə etdi. Bunun siyasi evlilik olmasına baxmayaraq I Con xanımını çox sevirdi və onun xəstəliyi boyunca yanından ayrılmadı. Filipa 19 iyul 1415-ci ildə Sakavemdə vəfat etdi.

Övladları

  • Eduard (d. 31 oktyabr 1391 — ö. 13 sentyabr 1438)
  • Pyotr
  • Henri (d. 4 mart 1394 — ö. 13 noyabr 1460)
  • İzabella (d. 21 fevral 1397 — ö. 11 dekabr 1471)
  • Con (d. 13 yanvar 1400 — ö. 18 oktyabr 1442)
  • Ferdinand (d. 29 sentyabr 1402 — ö. 5 iyun 1443)

Mənbə

  • Bouza Serrano, Joana (2009). As Avis: As Grandes Rainhas que Partilharam o Trono de Portugal na Segunda Dinastia (in Portuguese). Lisbon: A Esfera dos Livros.
  • Stephens, Henry Morse (1903). The story of Portugal. G. P. Putnam's Sons. p. 139. ISBN 9780722224731
  • Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 75, 92.
  • McCash, June H. The Cultural Patronage of Medieval Women.Athens: : University of Georgia P, 1996

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.