Lamnokimilər

Lamnokimilər (lat. Lamniformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi.

Lamnokimilər
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Dəstəüstü:
Galeomorphii
Dəstə:
Lamnokimilər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  159851
NCBI  30496
EOL  1874
FW  34598

Lamnokimilərin nümayəndələri böyük okean akulaları olub, torpedoşəkilli formaya malikdirlər. İkanlı axça olmayan bir anal və iki kürək üzgəclərinə malikdirlər. Tipik olan dəniz tülküsünün, siyənək akulanın, mavi-göy akulaların, adamyeyən və ya "ağ ölüm" akulanın və dinc akulanın uzunluğu 2,5 m-dən 7m-ə qədər çatır. Bunlar əsasən balıqlar (siyənək, sardin, qızılbalıq və s.) və su quşları ilə qidalanır. Mavi-göy akulanın mədəsindən çıxarılmış 360 kq yemin 67 kq-ı bir qılınc balığı olmuşdur. "Ağ ölüm" akula uzunluğu 2–2,5 molan balığı bütöv uda bilir. Bu akula insan üçün ən təhlükəlidir. Lamnokimilərin nümayəndələri isti və mülayim iqlim sularında yaşayırlar. Onların əksəriyyəti insan üçün təhlükəlidir.

Təsnifatı

  • Cretoxyrhinidae fəsiləsi (nəsli kəsilib)
  • Siyənək akulalar (Lamnidae) fəsiləsi
  • Tülkü akulalar (Alopiidae) fəsiləsi
  • Nəhəng akulalar (Certorhinidae)? fəsiləsi
  • Yalançı sahil akulaları (Pseudocarcharidae)? fəsiləsi
  • Sahil akulaları (Odontaspididae) fəsiləsi
  • İriağız akulalar (Megachasmidae) fəsiləsi
  • Əcaib akulalar (Mitsukurinidae)? fəsiləsi

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.