Lambert Vilson

Lambert Vilson (fransızca Lambert Wilson, 3 avqust 1958[1][2][…], Nöyi-sür-Sen[3]) — fransız aktyoru. Özünün Matriks seriyalarındakı Merovinqen rolundan sonra məşhurluq qazanıb.

Lambert Vilson
Lambert Vilson
Lambert Vilson. 2008-ci ilin Yanvar ayı
Lambert Vilson. 2008-ci ilin Yanvar ayı
Doğum tarixi 3 avqust 1958(1958-08-03)[1][2][…] (65 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Corc Vilson
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1977-ci ildən
Təhsili
  • London Dram Mərkəzi[d]
Mükafatları Commander of the National Order of Merit "İncəsənət və Ədəbiyyat" ordeni "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi
IMDb ID0933727
myspace.com/lambert.wils…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Lambert 3 avqust 1958-ci ildə Nöyn-sür-Sen kommunasında anadan olub. Atası 2010-cu ilin 3 fevralında vəfat etmiş məşhur Paris Milli Teatrının aktyoru və rejissöru Jorje Vilsondur.[4]
Aktyorluq fəaliyyətindən əlavə Vilson həmçinin müğənni kimi də tanınır. O özünün ifası ilə bir neçə albom da buraxıb. 1997-ci ildə o Démons et merveilles 2004-cü ildə isə EMI leyblındə Musicals remeyk buraxır.

Rejissör kimi o paris teatrında «Les Caprices de Marianne» Alfreda de Müsssü pyeslərini də qoyub.

Vilson 1991-ci ildə məşhur brend Calvin Klein-in bir neçə reklam çarxında da iştirak edib. Həmin ili model Kristi Törlinqton ilə birlikdə Eternity parfümer brendininin reklamında da iştirak edib.

2006-cı ildə Lambert Vilsona Fransanın ali mükafatlarından biri İncəsənət və Ədəbiyyat üzrə zabit dərəcəsi ordeni təltif olunub.[5][6]

Filmoqrafiya

  • Culiya (1977)
  • Jandarm və gəlmələr (film) (1979) — gəlmə
  • The Rose of Versailles (1979) — əsgər
  • Bum 2 (1982) — Feliks Mareşal
  • Bir yayın beş günü (1982) — Yoxann Biari
  • Səhra (1983) — Cəfər
  • The Blood of Others (1984) — Paul
  • Görüş (1985) — Kventin
  • Les Possedes (film) (1988) — Stavrocin
  • El Dorado (1988) — Pedro de Ursua
  • Cefferson Parisdə (1995) — Markiz de Lafayet
  • The Leading Man (1996) — Feliks Ueb
  • Marquise (1997) — Jan Rasin
  • On connaît la chanson (1997) — Mark Dyuveyer
  • The Last September (1999) — Hüqo Mantqomeri
  • Jet Set (2000) — Artus de Polinyak
  • Din Kixot (2000) — Hersoq (telefilm, rejissör Peter Yates)
  • Far from China (2001) — Jan-Pyer, rejissör C.S. Li)
  • Matriks: Yenilənmə (2003) — Merovinqen
  • Matriks: İnqilab (2003) — Merovinqen (Fransız)
  • Zamanın tələsində (2003) — Lord Arnaut
  • Pas sur la bouche (2003) — Erik Tompson
  • Qadın-pişik (2004) — Corc Hedar
  • Palais Royal! (2005) — Prins Arno
  • Sahara (2005) — İv Massard
  • Ürək (2006) — Dan
  • Flawless (2007) — Finç
  • Dante 01 (2008) — Sen-Corc
  • Eramızın Babili (film) (2008) — Doktor Artur Darkandye
  • Comme les autres (2008) — Doktor Emmanuil Bernye
  • The Lazarus Project (2008) — Averi

İstinadlar

  1. Lambert Wilson // GeneaStar.
  2. Lambert Wilson // Babelio (fr.). 2007.
  3. Deutsche Nationalbibliothek Record #134659791 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Lambert Wilson Biography (1958-)". 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-19.
  5. "Nomination ou promotion dans l'ordre des Arts et des Lettres. 2 janvier 2006". 2010-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-19.
  6. "Fransanın Mədəniyyət nazirliyinin saytı: Lambert Vilsonun ordenlər birlikdə şəkli". 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-19.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.