Jan-Batist Lamark

Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 174418 dekabr 1829) — Fransa alim-təbiətşünası.

Jan-Batist Lamark
Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck
Doğum adı Jean-Baptiste Pierre Antoine de Monet de Lamarck
Doğum tarixi
Doğum yeri Bazanten, Fransa
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Paris, Fransa
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Elm sahələri zoologiya, botanika, geologiya, meteorologiya
İş yeri
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Canlı təbiətin sistematiki
Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: «Lam.».
Bu cür taksonlar IPNI saytında
Şəxsi səhifə IPNI saytında

Tədqiqatçı, zoologiya taksonlarını təsnif edən. Taksonlarda müəllifliyi qısaca bu cür göstərilir: «Lamarck».

J.Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı.

Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir.

Həyatı

Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir. Kitabın üçüncü nəşrində Lamark bitkilərin analitik təsnifat sistemini verir. Bu kitab ona böyük şöhrət gətirir və o Fransanın ən nüfuzlu botaniklərindən biri hesab edilməyə başlayır. Beş ildən sonra Lamark Paris Elmlər Akademiyasının üzvü seçilir.

Biologiya sahəsində elmi fəaliyyəti

Lamarkın Parisdə Botanika bağında qoyulmuş heykəli. Heykəlin pyedestalındakı yazı: "Təkamül nəzəriyyəsinin yaradıcısı - Lamarka"

Lamarkın təşəbbüsü ilə 1793-cü ildə özünün işlədiyi Kral Botanik Bağı Təbii Tarix Muzeyinə çevrilir. Onun özü isə cücü və soxulcanlar zoologiyası kafedrasının professoru olur və ora 24 il rəhbərlik edir.

50 yaşlı insanın ixtisasını dəyişmək asan olmasa da o öz üzərində gərgin işləməklə botanika kimi zoologiyanın da tanınmış mütəxəssisi olur.

Lamark onurğasız canlıları öyrənməyə başlayır. Məhz o zoologiya elminə 1796-cı ildə "onurğasızlar" anlayışı gətirir. 1815-ci ildən 1822-ci ilədək onun yeddi cildlik "Onurğasızların təbii tarixi" adlı fundamental əsəri nəşr edilir. O orada onurğasızların elmə məlum olan 10 sinfini təsnif edir. Müasir elmdə artıq 30 növ təsnifləndirir.

Lamark 1802-ci ildə elmə "biologiya" terminini gətirir. O bunu alman alimi H.R.Trevinarusla eyni vaxtda, ancaq ondan asılı olmadan təklif edib.

Lamark 1809-cu ildə "Zoologiyanın fəlsəfəsi" kitabını dərc etdirir. Alim orada canlı aləmin təkamülünə dair öz nəzəriyyəsini irəli sürür. Lamarkın davamçıları Çarlz Darvinin təbii seçmə nəzəriyyəsinə "daha uyğun gələnin yaşaması" fikrini əlavə edirlər.

Həyatının son illəri

1820-ci ilə Lamark tam kor olur. Axırıncı illərə qədər onun yanında qızı Korneliya olur və atasının diqtə etdiyi fikirləri yazır. Lamark son illərini kasıbçılıq içərisində yaşayır.

Lamarkın digər elmələrə töhvəsi

Botanika və zoologiyadan başqa Lamark hidrologiya, geologiyameteorologiyaya dair əsərlər yaradır.

Əsərləri

  • Système des animaux sans vertèbres, P., 1801 (fr.);
  • Système analytique des connaissances positives de l'homme. P., 1820 (fr.);
  • Histoire naturelle des animaux sans vertèbres, 2 éd., t. 1—11, P., 1835—1845 (fr.); в рус. пер. — Философия зоологии, т. 1—2, М. — Л., 1935—1937;

Ədəbiyyat

  • Комаров В. Л. Ламарк, М. — Л., 1925;
  • Пузанов И. И. Жан Батист Ламарк, М., 1959;
  • Landrieu М. Lamarck, le fondateur du transformisme, P., 1909 (fr.);
  • Perrier E. Lamarck, P., 1925 (fr.);
  • Grassé P.-P. Lamarck et son temps: L'évolution, P., 1957 (fr.);
  • Mantoy B. Lamarck, créateur de la biologie, P., 1968 (fr.).

Mənbə

  • Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.20

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.