Lallemantia
Lallemantia (lat. Lallemantia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Lallemantia | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Lallemantia |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Əhəmiyyəti
Lallemantiya toxumlarının tərkibində 23 %- dən 38 %- ə qədər tez quruyan yağ, ( yod ədədi 163-203) 24 %-ə qədər zülal vardır. Lallemantiya yağı perilla yağı kimi lak boya sənayesində və başqa sahələrdə tətbiq olunur. Jmıxının tərkibində 31-33 % zülal vardır ki, bu da heyvanların yemləndirilməsində istifadə edilir.[1]
Tarixi, yayılması, məhsuldarlığı
Lallemantiya alaq bitkisi kimi kiçik Asiya ölkələrində, Zaqafqaziyada və cənubi Ukraynada yayılmışdır. Onu Avropada ilk dəfə XIX əsrdə, Rusiyada isə 1930-cu ildən becərməyə başlamışlar. Birinci dəfə Rusiyanın Şimali Qafqaz və cənubi Ukrayna ərazisində sınaqdan keçirilmişdir. Hazırda məhdud sahələrdə becərilir.[1]
Növləri
- Lallemantia baldshuanica Gontsch.
- Lallemantia canescens (L.) Fisch. & C.A.Mey.
- Lallemantia iberica (M.Bieb.) Fisch. & C.A.Mey.
- Lallemantia peltata (L.) Fisch. & C.A.Mey.
- Lallemantia royleana (Benth.) Benth.
İstinadlar
- H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016
Lallemantia:The Plant List saytında takson barədə məlumat. (ing.)