Laldinməz
Laldinməz — Azərbaycanda qədim uşaq oyunu.
Oyun qaydaları
Uşaqlar oyunu idarə etmək üçün özlərinə başçı seçirlər. Oyunçular cərgəyə düzülürlər. Burada danışmamaq əsas şərtdir. Gülüb danışan və səs çıxaran uduzmuş olur. Uşaqları danışdırmaq və güldürmək üçün başçı hər vasitəyə əl atır. Çubuğunu yerə vurub deyir: "Bu yer qoruqdur, qoruqdur. Heç kəsin bura gəlməyə ixtiyarı yoxdur".
Heç kəs dinmir. Başçı bir az dayanır. Gülməli, məzəli hərəkətlər edir. Meymun kimi mayallaq aşır, ağız-gözunü büzür. Uşaqlardan biri özünü saxlaya bilməyib gülür. Səs çıxaran uşağı yamsılayan başçı çubuqla onu vurur. Başqa uşaqlar da başçının sözünü təkrar edib, danışan və ya güləni çubuqla vururlar. Uşaqlardan biri nə səs çıxarsa, yaxud hansı sözü ağzından qaçırsa, başçı da eynən təkrar edib onu vuracaq. Qalan oyunçular da bunu təkrar etməlidir. Susub bitərəf dayanan olsa, onu da araya çəkib döyürlər.
Mənbə
- Novruz bayramı ensklopediyası. Bakı: Şərq-Qərb, 2008, səh.129.