Lal yuxu (teleserial, 2017)


"Lal Yuxu" — Xanlar Ağayevin quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı.

Lal yuxu
azərb. Lal Yuxu
Janr melodrama
Rejissor Xanlar Ağayev
Operator Nadir Mehtiyev
Prodüser Oksana Rəsulova
Ssenarist Kəmalə Qasımova
Rollarda Oksana Rəsulova, Şəhriyar Əbilov, Vidadi Həsənov, Mehriban Xanlarova, Əbdülqəni Əliyev, Təranə Əliyeva, Emil Bədəlov, Türkay Cəfərli, Aydan Axundzadə
Bəstəkar Sevinc Ağasiyeva
Montajçı

Elgün Bayramlı Geyim: Samirə İsmayılova

Qrim Arzu Həsənəliyeva
İstehsalçı ölkə
İl 2017
Dil azərbaycan,
Seriya sayı 24

Məzmun

Əsərdə iki qadın eyni vaxtda doğum evinə gəlir. Xanımlardan birinin doğuş üstə oğlu ölür, amma ikinci xanım əkiz oğlanlar dünyaya gətirir. Birinci xanım dəfələrlə bu faciə ilə üzləşir və bu dəfə bu ağrıya dözməyib öz həkimi baldızı olduğundan istifadə edib uşaqların dəyişməsini tələb edir. Çox tərəddüd etdikdən sonra həkim uşaqları dəyişir.

Yazılmış bu əsər hələ uşaqlıq vaxtlarından atanın zəhmliyindən danışmaq qabiliyyətini itirmiş lal qızın həyatından bəhs edir. Hələ uşaqlıq vaxtlarından rəsm çəkməyə böyük istedada malik olan bu qız təbiətcə çox sakit və fağır olur. Yetkin yaşlarına çatanda, var dövlətə baxmayaraq, Aylin çox sadə geyimə üstünlük verir və kosmetikadan istifadə eləmir. Bir gün yaxın rəfiqəsi Nilufər, Aylini özüylə oxuduğu kollejdəki rəfiqəsinin ad gününə aparır. Orada Ayxan adında bir cavan oğlana ilk baxışdan aşiq olur. Sevdiyi insana və onun sevgisinə inanmış Aylin, daha sonralar onun sevgisini lağa qoymasını anlayıb xəstəliyə duçar olur.

Aylinin anası doguş zamanı dünyasını dəyişir və buna görə də atasının sevgisini qazana bilmir. Atası Süleyman həyatından çox sevdiyi həyat yoldaşının ölümündə Aylini günahkar bilir. Təbiətcə çox yumşaq və rəhimli olmasına baxmayaraq öz insanı keyfiyyətlərini qızına göstərə bilməmişdir. Uzun illər boyu böyük bir iş adamı olduğundan ona dəyərincə zaman ayırmadığına görə, Aylin onu sevmədiyini zənn edir. Lakin zaman hər bir ağır abu havanı aradan qaldırır. Atası, Aylinin ölüm ayağında olduğu məqamda onu nə qədər çox sevdiyini anlayır, sanki dərin bir yuxudan ayılmış olur. Yeganə balasını ölümdən qurtarmaq üçün ona sevdiyini söyləyir. Ancaq ölüm Aylindən vaz keçsə belə, o təkliyə qapanıb və yalnız öz rəsm əsərlərində təskinlik tapır. Onu uşaqlıqdan tərbiyyə edən dayəsi, təbii ki, anasını əvəz etməsə də, onu bir qızı kimi çox istəyir və nakam məhəbbət yaşadığına görə ona dayaq olmağa çalışır. Bir müddət keçdikdən sonra atası Aylini depressiyadan çıxartmaq üçün onu dayəsi ilə birlikdə Almaniyada yaşayan Tamerlan adlı uşaqlıq dostunun yanına göndərir. Tamerlan baş həkim olduğu xəstəxanada Aylin müayinə olunur və onun oğlu Amirlə tanış olur. Bir müddət sonra Amir ona ilk baxışdan vurulduğunu söyləyir və evlənmək təklifi edir. Aylin qüsurlu olduğuna görə onun sevgisini rədd edir, lakin Amir onun sevgisini qazanmaq üçün səbirlə onunla davranır. Amirin kiçik bacısı Ayan Aylinə bu zamanlar çox böyük dəstək olur. Stilist və modelyer kimi fəaliyyət göstərən Ayan Aylinin görkəmini tam dəyişir. Onun üzərində çalışır və ona ən son dəbdə olan geyimlər tikir. Zaman keçdikcə Aylin də Amiri sevməyə başlayır, amma ona öz ürəyini açmır. Amir isə sevildiyini hiss edir. Günlərin bir günü gözlənilməz bir hadisə baş verir. Bunun səbəbkarı isə Amir olur. Qorxunu yalnız qorxu ilə çıxaracağını hələ uşaqlıq vaxtlarında atasından bir örnək kimi yadda saxlayır və bu üsulu Aylinin üzərində keçirir. Ona özünü hündür bir körpünün üstündən atacağını söylədiyi an Aylinin qorxudan dili açılır. Əsər boyu Aylini eyni yuxu tərk etmir. Yuxularında həmişə Amirin simasını görür və hər zaman onunla olduğunu, onu tərk etməyəcəyini deyir. Aylini bu yuxu narahat etməyə başlayır, amma yuxunu Amirə hər danışdığında, Amir onu sakit etməyə çalışır.Buna baxmayaraq Aylin sakit ola bilmir. Bir müddət keçdikdən sonra onlar birlikdə Bakiya qayıdır. Aylin qayıtdıqdan sonra təsadüfən Ayxanla rastlaşır. Ayxan onu təbii ki, tanımır və onunla tanış olmağa cəhd göstərir. Ona həqiqətən də aşiq olur. Ayxan Aylinlə görüşməyə can atır. Onu sevdiyini söyləyir. Aylinin qəlbində hələ də keçmiş sevginin yarası ona rahatlıq vermir və Ayxandan qisasını almaq qərarına gəlir, amma nəticəni sonadək əldə edə bilmir. Bir müddət keçdikdən sonra Ayxan Aylinin əslində kim olduğunu öyrənir. Bir gün Ayxan Aylini Amirlə görür və onunla nişanlanmağa hazırlaşdığını öyrənir və ilan zəhərini buraxdığı kimi öz zəhərini buraxıb Amirdən onu ayırmağa çalışır. Ancaq fələyin küləyi Aylinin başında bu dəfə amansızcasına əsəcəyini heç ağlına belə gətirmir.

Aylinin bu sevgisi çox çəkmir. Sanki fələk fərman vermiş onun acı taleyinə. Amirin vaxtsız ölümü onu əsəb və ruhi posulmasına düçar olmağa vadar edir. Əvvəldə bəhz etdiyimiz əkiz qardaşların biri elə Amir olur. Lakin əkiz tayı Aylinin taleyində nə kimi rol oynayacağını kimsə bilmir.

Filmin heyəti

Titrlərdəki sıraya görə

  • İdeya - Oksana Rəsulova
  • Ssenari - Kəmalə Qasımova
  • Quruluşçu rejissor - Xanlar Ağayev
  • Quruluşçu operator - Nadir Mehdiyev
  • Bəstəkar - Sevinc Ağasıyeva
  • Quruluşçu rəssam - Zaur Abdullayev
  • İcraçı prodüser - İsmayıl Bağırov
  • Səs rejissorları - Toğrul Səfərov
    Uğur Səfərov
  • Rejissorlar - Cəbrayıl Rzayev
    Mirzə Ağa Mirzəyev
  • Rejissor assistenti- Qüdrət Əsəd
  • Operator - Afiq Sadıqov
  • Qrim - Arzu Həsənalıyeva
  • Geyim üzrə rəssam - Samirə İsmayılova
  • Rekvizit üzrə rəssam - Zaur Kərimoğlu
  • Koordinatlar - Adil İsmayılov
    Xilqət Məhərrəmova
  • Kastinq direktoru - Xətai Mehbalıyev
  • Montaj - Xanlar Ağayev
    Ağa Quluzadə
  • Grafist - Natiq Zeynalov
  • Texniki rəhbər - Həsən Aslanov
  • Kran operatoru - Novruz Əmirov
  • Ronin operatoru - Ruslan Məmmədov
  • Dolly - Xəyal Sadıqov
    Novruz Əmirov
  • İşıqçılar - Xəyal Sadıqov
    Ziyatxan Xudiyev
  • Fotoqraf - İsmayıl Rzayev
  • Dizayner - İlkin Səmədov
  • Media meneceri- Pərvin Seyidmalı
  • Sürücü - Vüqar Hüseynov
  • İşarə dili müəllimi - Yeganə Tağızadə

Rollarda

Çəkilişdə kömək göstərənlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.