Lalə Yusifova
Lalə Yusifova 16 oktyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın təqaüdçü bədii gimnastıdır.
Lalə Yusifova | |
---|---|
Lalə Yusifova | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Bədii Gimnastika |
Karyera illəri | 2014-cü ildə bitirib |
Karyera
Yusifova 2009-cu ildə azyaşlılar üçün Beynəlxalq yarışlarda iştirak edib.
2010-cu ildə Yeniyetmələr arasında Avropa çempionatında topla hərəkətlərdə gümüş medal qazanıb və qısa müddətdə Minsk qrupunun Minskdə keçirilən 2011 Avropa Gənclər Çempionatında bürünc medal qazanıb.[2]
2012 Bədii gimnastika üzrə Berlində keçirilən "Qran-pri" turnirində iki medal qazanıb. Gürz ilə hərəkətlərin finalında 27,4 xal toplayaraq ikinci, lent ilə kombinasiyanı finalda yerinə yetirəndən sonra isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.[3]
2013 Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb. O, təsnifat mərhələsini aşaraq finalda halqa ilə hərəkətlərdə 3-cü olub. Digər finalda - topla o 7-ci, çoxnövçülükdə isə 8-ci yeri tutub.
2014-ün sentyabrın 3-də , hələ 18 yaşı tamam olmamış karyerasını bitirib.
İstinadlar
- "LALƏ YUSİFOVA BUXARESTDƏ KEÇİRİLƏN DÜNYA KUBOKUNUN BÜRÜNC MEDALÇISIDIR". 2015-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-01.
- "Azərbaycanın gənclərdən ibarət olan komandası Avro-2011-də bürünc medal qazandı". 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-01.
- "Beynəlxalq Gimnastika Federasiyası . May 12 2014". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-01.