Lalə Kərimova
Lalə İslam qızı Kərimova-Təllayeva (özb. Лола Ислом қиз Каримова-Телляева, Lola Islom qiz Karimova-Tellyayeva) — Özbəkistanın YUNESKO-dakı daimi nümayəndəsi,[1] diplomat, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun kiçik qızı, ölkəsində xeyriyyə işləri, mədəniyyət və idmana dəstəyi ilə tanınır.
Lalə İslam qızı Kərimova-Təllayeva | |
---|---|
özb. Лола Ислом қиз Каримова-Телляева, Lola Islom qiz Karimova-Tellyayeva | |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Özbəkistan SSR |
Uşaqları | qızı Məryəm, oğlu Umar, qızı Səfiyə |
Atası | İslam Kərimov |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
lolakarimova.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsili
Daşkənt Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində beynəlxalq hüquq üzrə magistr dərəsəbini, sonra isə Daşkənt Dövlət Universitetində dussertasiya müdafiə edərək psixologiya elmlər namizədi elmi dərəcəsi alıb.
Həyatı
Lalə Kərimova 1978-ci ildə iyulun 3-də Daşkənddə anadan olub.
İki dəfə ailə həyatı qurub. Həyat yoldaşı Timur Tilyayev biznesmen, Harvard universitetinin məzunudur. Üç uşağı var: qızı Məryəm, oğlu Umar və qızı Səfiyə.
Fəaliyyəti
O, Özbəkistanda iki iri xeyriyyə təşkilatının təsisçisidir. "Sən tək deyilsən" (özb. Sen Yolgiz Emassan) yetim, əlil uşaqlara dəstək üçün yaradılıb.
İstinadlar
- "Uzbekistan | United Nations Educational, Scientific and Cultural Organization". 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
Xarici keçidlər
- Özbəkistan prezidentinin qızları – Lalə və Gülnarə Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)
- "Milyonçu" layihəsi: Milyardlıq varidat, milyonluq villalar, "mafiyanın gəlini" və küsülü bacı – "MİLYONÇU". publika.az, 22.08.2015 (az.)