Lalə-Tülpan məscidi

"Lalə-Tülpan" Ufa Katedral Məscidi (başq. «Ләлә-Тюльпан» Өфө йәмиғ мәсете, rus. Уфимская соборная мечеть «Ляля-Тюльпан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhəri islam mədəniyyət və təhsil mərkəzi. Məscid 7 aprel 1998 tarixində açılmışdır,[1] və müsəlman bayramlarına ev sahibliyi edir.

İslam
Lalə-Tülpan
rus. Уфимская соборная мечеть «Ляля-Тюльпан»
başq. «Ләлә-Тюльпан» Өфө йәмиғ мәсете
Din
Başçısı Təlqat Tadjuddin
Statusu İslam Mədəniyyət və Təhsil Mərkəzi
Yerləşməsi
Ölkə  Rusiya
Bölgə  Başqırdıstan
Şəhər Ufa
Memarlıq
İnşa tarixi 1989 – 1998
Tikdirəni "BNZS" tresti, Ufa möminləri və Başqırdıstan Respublikası hökuməti
Memarı V.V Davlyaşin
Minarələrin sayı 2
Minarələrin hündürlüyü 53 metr
Tutumu 1,000+
Materialı [Daş
Ölçüləri 50x50x21
Vəziyyəti fəaliyyət göstərir
Lalə-Tülpan məscidi xəritədə
Lalə-Tülpan məscidi
Lalə-Tülpan məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Layihə yaz fəslinin simvolu olan lalə gülünə (qədim dövrdən türk xalqlarının simvolu olmuşdur) əsaslandırılmışdır. Məscidin minarələri iki qönçəni özündə birləşdirir.[1] Məscid layihəsinin memarı V. V Davlyaşindir.[2] Məscid möminlərin ianələri və Başqırdıstan Respublikası hökumətinin köməyi ilə inşa edilmişdir.[3] İnşaat 1989-cu ildə başlamış, 1998-ci ildə isə başa çatmışdır. Layihə "BNZS" tresti tərəfindən həyata keçirilmişdir. 1999–2005-ci illərdə Rusiya İslam Universiteti məscidinin binasında yerləşirdi. 2001-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya Şeyxülislamı Müfti Təlqat Tadjuddin ilə məscidin mədrəsəsində görüşmüşdür.[3]

Məscidin xüsusiyyətləri

Məscid daşdan hazırlanmışdır. Məscid hər biri 50×50×21 metr ölçüsündə olan 3 mərtəbədən ibarətdir. Məscidin memarlıq kompozisiyasının əsasını təşkil edən obraz çiçəklənən lalədir. Məscidin əsas girişinin hər iki tərəfində 53 metr hündürlüyündə olan lalə qönçələr şəklində iki səkkizguşəli minarələr mövcuddur.

Məscidin girişi, lobbinin ve 300 nəfərlik ibadət zalının qadınlar üçün olan balkonunun (200 nəfərlik) olduğu üçüncü mərtəbədə yerləşir. Namaz zalı şərq üslubunda bəzədilmişdir. Namaz zalının divarlarındakı çiçəklər və vitraj pəncərələr cənnət ağaclarının çiçəklərini simvollaşdırır. Məscidin şüşə divarları mərmərserpentinlə qarşı-qarşıya qalır. Zalın döşəməsi, keramika plitələr və xalça ilə örtülmüşdür. Zalda kristal avizələr var.

Məscidin birinci və ikinci (terrasız) mərtəbələrində qonaq otağı və nikah mərasimi, məshasibata görüşləri keçirilən zallar var. Məsciddə yetkinlər və uşaqlar üçün mədrəsə və bazar günü məktəbləri, 100 nəfərlik sinif otağı, 60 nəfərlik bir yataqxana, yeməkxana və 130 nəfərlik konfrans zalı var. Məscidin ümümi tutumu 1,000 nəfərdir.[3]

İmam-xətibləri

  1. Q. Valeyev (1999-cu ildən)
  2. M. Tadjuddinov (2000-ci ildən)

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.