Labrador cərəyanı
Labrador cərəyanı— Şimal Buzlu okeanın cənub hissəsindən Atlantik okeanın şimal hissəsinə Labrador yarımadası sahillərindən boyunca cənuba doğru axan Nyufaundlend ətrafındakı soyuq okean cərəyanıdır, cənuba doğru Yeni Şotlandiyanın şərq sahillərinə davam edir. Cərəyan Qərbi Qrenlandiya cərəyanı və Baffin adası cərəyanının davamıdır.
Labrador cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Atlantik okean |
Tip | Soyuq |
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusiyyətləri
Labrador cərəyanı Nyufaundlendin cənub-şərq hissəsində isti Qolfstrim cərəyanı ilə qarşılaşır. Bu iki cərəyanın qarışması güclü duman yaradır və dünyanın ən zəngin balıqçılıq sahələrindən birini yaratdı.
Yazda və yayın əvvəlində bu cərəyan Qrenlandiyanın cənub hissələrinin buzlaqlarından aysberqləri Trans-Atlantik gəmiçilik zolaqlarına aparır. Labrador cərəyanının suyu Kanadanın Atlantik əyalətlərinə və Mainin cənubundan Massaçuetə doğru ABŞ-nin şimal-şərq sahillərinə soyuq təsir edir .
Labrador cərəyanının axımı böyük bir barotropik komponentdən ibarətdir. Erkən hesablamalar, əhəmiyyətli bir barotropik axın komponentinin nəticəsi olaraq, cərəyanın geostrofik hesablamalardan 30% daha güclü ola biləcəyini göstərir (Hayes və Robe, 1978).
Greenberg və Petrie (1988) axımın ümumi nəqliyyatını 7.6 sverdrup hesablamışlar (Bir sverdrup (Sv) saniyədə 106 m3-ə bərabərdir). Geostrofik nəqliyyat sadəcə 4,1 Sv (IIP bölmələrinə əsasən) hesablanmışdır. 30% artımla (barotrop axınına görə) nəqliyyat yalnız 5,3 Sv səviyyəsindədir, belə ki, yüksək nəqliyyat kəmiyyəti dərinlik sularının dərin cərəyanlara daxil edilməsiylə hesab olunur. Şelf kənarında Labrador cərəyanın sürəti təxminən 0,3-0,5 m/san təşkil edir (Greenberg və Petrie, Reynaud və b., 1985). Reynaud və b. (1995) cərəyanın sürətini 0,3-0,5 m/san hesablamışdır. Barotropik komponenti daxil olmaqla, onlar nəqliyyat kəmiyyətini Labrador cərəyanının materik şelf hissəsi üçün 3 Sv və axımın uzaq hissəsi üçün 16 Sv qiymətləndirirlər. Cərəyanının sahilyanı hissəsi təxminən 100 km genişliyində, 150 m dərinliyindədir və Avalon boğazından keçir və Flamand Çap ətrafında Labrador cərəyanın parçalanması peyk qeydiyyatlarında görülə bilər (Petrie və İsenor[1]). Petrie və İsoner (1985) qeyd edirlər ki, Flaman keçidində cərəyanın eni 0,25 m/san sürətlə 50 km-ə qədər azalır, əslində sürətin 0,30 m/s olduğuna inanırlar.
Labrador cərəyanı bəzən normaldan daha cənuba və ya şərqə doğru gedir. Bu gəmiçilik üçün təhlükəli şərait yaradır. Belə ki, axım Atlantik okeanın adətən olmuyan hissələrinə aysberq daşıyaraq təhlükəyə səbəb olur. Cərəyan aysberqlərin Bermud və Azor adalarına qədər daşınmasıyla tanınır. 1912-ci ildə RMS Titanic-in batmasından sonra, okeanın nadirən tapılan hissələrində aysberqləri izləmək üçün Beynəlxalq Buz Patrolu yaradıldı.[2]
Xarici keçidlər
İstinadlar
- Petrie, B., and A. Isenor, 1985: The near-surface circulation and exchange in the Newfoundland Grand Banks region, Atmosphere-Ocean, 23(3), 209-227: http://www.cmos.ca/Ao/articles/v230301.pdf Arxivləşdirilib 2010-11-21 at the Wayback Machine
- The "Meandering Labrador Current" paragraph