La-Manqa dili

La-Manqa dili və ya La-Manqa-del-Mar-Меnor (isp. La Manga del Mar Menor) — İspaniyanın cənub-şərqində yerləşən dil.

La-Manqa dili
isp. La Manga del Mar Menor
Ümumi məlumatlar
Eni 0,2-1,2 km
Uzunluğu 22 km
Yerləşməsi
37°43′53″ şm. e. 00°43′21″ q. u.
Ölkə  İspaniya
La-Manqa dili xəritədə
La-Manqa dili
La-Manqa dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dil 22 km uzunluğa, 100–1200 m enə malikdir. Avropanın ən böyük laqunu olan Mar-Menoru Aralıq dənizindən ayırır. Ərazisin bir hissəsi bataqlıqlarla örtülüdür[1]. Ərazisi dayvinq həvəskarları arasında məşhurdur[2].

La-Manqanın şimal sahili Kosta-Kalida kurort zonasıdır. Dil laqunu soyuq havadan qoruyur[3]

İqtisadiyyat

Əsas gəlir mənbəyi turizm və turistlərə xidmət sahələrindən əldə edilir. İyundan sentyabra qədər əhalisi 200 minə qədər artır. Turistlərin bir hissəsi digər ölkələrdən gəlir. İlin digər vaxtları bölgə də cəmi 10 000 insan yaşayır.

Turistlər kafe və restoranların xidətlərindən istifadə edirlər. Bəzi turistlər isə bölgəyə yelkənli qayıq idman növü ilə məşğul olmaq məqsədi ilə gəlislər.

İstinadlar

  1. "Ramsar Sites Database". 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
  2. "Cabo de Palos y las Islas Hormigas". 2013-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
  3. "Awarded sites:Spain:Murcia". 2012-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.