Laçınlar

LaçınlarAzərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xəlfəli kənd Sovetindən Laçınlar kəndi Qeybalı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.

Laçınlar
39°45′53″ şm. e. 46°42′37″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Laçınlar xəritədə
Laçınlar
Laçınlar

Toponimikası

Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini qonşu Xəlfəli kəndindən köçüb gəlmiş Laçın adlı şəxs saldığı üçün belə adlanmışdır. Kənd sakinlərinin dediklərindən məlum olur ki, XIX əsrdə burada Laçın Məmməd adlı şəxs yaşamışdır. Kənd laçınlar nəslinin adını daşıyır. Nəslin adı isə Azərbaycan dilində "vuran, tutan", "dəliqanlı, qoçaq" mənalarında işlənən Laçın sözundəndir. Dilimizdəki Laçın oğlan ifadəsi də bu mənalarla bağlıdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Xəlfəliçayın sahilində yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.