Laçın massivi

Laçın massivi və ya LaçınkəndBakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi.[1]

kənd
Laçın massivi
40°20′22″ şm. e. 49°48′14″ ş. u.
Ölkə  Azərbaycan
Region Bakı
Rayon Qaradağ rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1993
Əhalisi
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Laçın massivi xəritədə
Laçın massivi
Laçın massivi
Laçın massivi xəritədə
Laçın massivi
Laçın massivi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir.

Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır.

Coğrafiyası

Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir.

Təhsil

Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).[2]

İstinadlar

  1. "BAKI, QARADAĞ, QURD QAPISI, LAÇIN MASSİVİ" (PDF). 2018-09-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-14.
  2. "Laçın rayonunun təhsil müəssisələrinin 2017-2018-ci tədris ili üçün DİSLOKASİYASI". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.