Laçın Beynəlxalq Hava Limanı

Laçın Beynəlxalq Hava LimanıAzərbaycan, Laçın rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Hava limanının tikintisinin 2024-cü ildə başa çatdırılacağı planlaşdırılır.[1][2]

Laçın Beynəlxalq Hava Limanı
Laçın Beynəlxalq Hava Limanı

39°52′45″ şm. e. 46°20′48″ ş. u.


IATA: yoxdurICAO: UBBF
Məlumat
Ölkə
Yeri Laçın, Azərbaycan
Sahibkar Azərbaycan hökuməti

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları[3] oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır.[4] Müharibə 10 noyabrda üçtərəfli bəyanat ilə sona çatmışdır. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılmışdır.[5]

Tarixi

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Kəlbəcər və ya Laçın rayonlarında hava limanının tikintisi üçün ərazinin axtarışına başlamaq barədə göstəriş verib.[6] Bu ərazilərin relyefi çətin olduğundan münasib yerin tapılması xeyli vaxt apardı. Nəticədə Laçın rayonunun Qorçu kəndinin yaxınlığında torpaq işlərindən sonra hava limanının tikintisinin mümkün olacağı ərazi seçildi.

Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.[7]

Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.[7]

Tikintisi

Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Aeroport tikintisinin ilkin mərhələsi kimi ərazisinin hamarlaşdırılması işləri görülür. 6,9 milyon m³ ərazidən torpaq çıxarılacaq (o cümlədən partlayışla) və 3,8 milyon m³ əraziyə torpaq doldurulacaq.[8] Burada saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq.

Tikinti işləri 2024-cü ildə başa çatdırılacaq. Burada hava hərəkətinin idarə edilməsi qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı tikililərin layihələndirmə işləri həyata keçirilib. Gələcəkdə burada beynəlxalq uçuşların icrası üçün tam şərait yaradılacaq.

Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.[1]

Hava Limanının layihələndirməsinin tərkibinə aşağıdakı obyektlər daxil edilib:

  • Aerovağzal binası
  • 3000x60 metr ölçüdə uçuş enmə zolağı
  • Peron, 50 min kv
  • Terminal 5 min kv
  • Yönəldici yol
  • Uçuş enmə zolağının işıq siqnal sistemləri
  • Transformator yarımstansiyalarının tikintisi
  • Köməkçi binalar

Əhəmiyyəti

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, Laçın rayonunda hava limanının tikintisi rayonun turizm potensialından istifadə etməyə imkan verəcək. Hüseynov qeyd edib ki, bu hava limanının tikintisi həm də Laçın-Kəlbəcər avtomobil yolu şəbəkəsinin müasirləşdirilməsinə şərait yaradacaq.[9] İqtisadçı ekspert Vüqar Bayramov da öz növbəsində qeyd edib ki, Laçın rayonundakı hava limanı təkcə hərbi-strateji deyil, həm də iqtisadi üstünlüklərə malik olacaq. Bayramovun sözlərinə görə, hava limanının rentabelliyi üçün rayona çoxlu sayda turistin gəlməsi ilə şərait yaradılacaq.[10].

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.