Ləzran (Cəlilabad)
Ləzran — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Ləzran | |
---|---|
39°11′ şm. e. 48°21′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 349 (2009) nəfər |
|
Toponimikası
Cəlilabad rayonunun Cəngan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçən əsrdə Lənkəran r-nu ərazisində mövcud olmuş Ləzran kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 349 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tanınmış şəxsləri
- Asif Kərimov — Vətən müharibəsi şəhidi
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.