Ləzgihəngi
Ləzgihəngi — Qafqazlıların milli rəqsi. Bütün Qafqaz üzrə geniş yayılmış rəqs növü. Hər xalqda rəqs növünün öz variantı vardır.
Ləzgihəngi | |
---|---|
| |
Taktı | 6/8 |
Tempi | Ritmik |
Mənşəyi | Qafqaz |
Vikianbarda əlaqəli mediafayllar |
Ləzgihəngi rəqsi
Rəqs yarış xarakteri daşıyır. Hər bir kəs özünün cəldliyini, yorulmazlığını, qətiyyətini nümayiş etdirir. Bir qayda olaraq rəqs musiqi sədaları altında ifa edilir. Melodiyası dinamik, dəqiq, cəldliyə zövq edəndir.
Rəqs həmçinin İranda "Lazgi" və "Ləzgi", Gürcüstanda "Lekuri" adı ilə məşhurdur. "Lekuri" gürcü dilindən tərcümədə — "ləzgilər (lekilər) rəqs edir" edir deməkdir.
Güman edilir ki, rəqs qartal surətinin təcəssüm etməkdədir. Qartal Qafqaz bölgəsində qüdrət, böyüklük, təmkinlilik və cəsarət rəmzi sayılır. "Ləzgihəngi" rəqsində kişilərin ayaq ucunda, əllərini qartal kimi geniş açaraq oynaması qartalı xatırladır. Qafqazda qartalı ovlamaq böyük günah hesab edilir.
Ləzgi dilində "ciyər" və "qartal" eyni sözlə "lek" adlanır. Mümkündür ki, bu qədimdən gələn adətlərlə bağlıdır. "Qartal", "ciyər", "qəlb", "arzu" sözləri bir çox Qafqaz dillərində eyni məna daşıyır. Ləzgi dilində isə "kart" "şahin" deməkdir.
Həmçinin "ləzgihəngi" müasir dövrə qədər dağ məskənlərində oğlan və qızların tanışlığı üçün yeganə şərait idi. Beləki onların yaxın tanışlığı çox çətin idi. Bir qayda olaraq toylarda oğlanlar xoşlarına gələn qızları bu rəqsdə birgə rəqsə dəvət edə bilərdilər. Toyun sonunda oğlanlar xoşlarına gələn qızın qarşısını bu rəqslə kəsməyə çalışırdılar. Ancaq sərt dağ qanunları qıza əl vurmağı qadağan edirdi.
Fotoqalereya
- "Ləzgilər ləzgihəngi rəqsini oynayarkən" fotoşəkli, XX əsrin əvvəli,Axtı kəndi, Dağıstan vilayəti, Rusiya etnoqrafiya Muzeyi. XX əsr
- Tiflis terrasında qadınların ləzgihəngi rəqsi.
- Rus rəssamı Qaqarin." Gürcü xanımları ləzgihəngi rəqsi ifa edirlər"rəsmi.
- Könüllü Ağqvardiyaçı Ordu komandanı V.Mayevskinin Nikolayev dəmir yolundakı 1-ci sinif qərargah vaqonu qarşısında şəxsi konvoyu ləzginhəngi rəqsini ifa edir. 1919-cu ilin yayı.
Xarici keçidlər
Videomateriallar
- Videoçarx Осетинский вариант лезгинки — круговой танец зилга-кафт в исполнении фольклорного ансамбля "Фарн" под руководством Уагка Дзаттиаты. XIX sonu — XX əsr əvvəli xalq rəqslərinin etnoqrafik bərpası. с. Нижний Сба Урс-Туальского общества Южной Осетии.
- Videoçarx – azərbaycanlı oğlan və erməni qız ləzgihəngi rəqsi oynayırlar
- Ləzgihəngi kinoincəsənətdə. Nikita Mixalkovun "12" filimindən bir hissə.