Ləzgi dili

Ləzgi dili (лезги чІал) — ləzgilərin istifadə etdikləri dil. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.[1]

Ləzgi dili
Orijinal adı лезги чІал
Ölkələr Rusiya, Azərbaycan
Region Dağıstan
Rəsmi status Dağıstan
Danışanların ümumi sayı təxm. 0.5 milyon.[1]
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Şimali Qafqaz dilləri

Nax-Dağıstan dilləri
Ləzgi dilləri
Yazı kiril əlifbası (ləzgi yazısı)
Dil kodları
QOST 7.75–97 лез 390
ISO 639-1
ISO 639-2 lez
ISO 639-3 lez
Dilin strukturlarının dünya atlası lez
Atlas of the World’s Languages in Danger 1072
Ethnologue lez
IETF lez
Glottolog lezg1247
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ləzgi dilləri yarımqrupuna aid dildir. Dağıstanın cənub-şərq və Azərbaycan Respublikasının şimali-şərq bölgəsində yayılmışdır. Kurax, Güney, Yarki, Axtı, Fiy, Azərbaycanda QubaKusar Kuzun dialektləri mövcuddur. Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur. Yazıda 1938-ci ildən kiril qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri latın qrafikası əsasında yaradılan ləzgi əlifbası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər. Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var.[1]

А а Б б В в Г г Гъ гъ Гь гь Д д Е е
Ё ё Ж ж З з И и Й й К к Къ къ Кь кь
КI кI Л л М м Н н О о П п ПI пI Р р
С с Т т ТI тI У у Уь уь Ф ф Х х Хъ хъ
Хь хь Ц ц ЦI цI Ч ч ЧI чI Ш ш Щ щ Ъ ъ
Ы ы Ь ь Э э Ю ю Я я

Cədvəldəki rəngli fondakı hərflər rus dilindən keçən sözlər üçün istifadə edilir.

Xarici keçidlər

İstinadlar

  1. Dəqiqləşdirmə: 27 yanvar-3 fevral 1999-cu ildə Azərbaycan Respublikasında aparılmış əhali siyahıyaalınmasına əsasən de-yuri 7.953.438 nəfər olan Azərbaycan əhalisinin 171.027 nəfərinin ana dili ləzgicə olmuş və digər dillər və təsnif edilməmiş dillər kateqoriyasına aid dillərdə 7.184 nəfər danışmışdır, 13-22 aprel 2009-cu ildə Azərbaycan Respublikasında aparılmış əhali siyahıyaalınmasına əsasən isə de-yuri 8.922.447 nəfər olan Azərbaycan əhalisinin ləzgi dili də daxil olmaqla digər dillər və təsnif edilməmiş dillər kateqoriyasına aid dillərdə ana dili olaraq danışan əhalisi birlikdə 176.887 nəfər olaraq verilmişdir. (mənbə olaraq bax: United Nations Statistics Division: Demographic and Social Topics: Population: Statistics: Demographic Yearbook: Introduction: United Nations Demographic Yearbook: Statistics: Population Censuses' Datasets (1995 - Present): Ethnocultural characteristics: Population by language, sex and urban/rural residence Arxivləşdirilib 2018-08-09 at the Wayback Machine. Select filters: Country or Area—>Azerbaijan, Year—>2009+1999, Area—>Total+Urban+Rural, Sex—>Both Sexes+Male+Female, Apply Filters.); 14-25 oktyabr 2010-cu il tarixində Rusiya Federativ respublikasında həyata keçirilmiş əhali siyahıyaalınmasına əsasən qeydə alınmış 142.856.536 nəfə ümumi ölkə əhalisindən 402.173 nəfər ləzgicə bildiyini qeyd etmişdir. (mənbə olaraq bax: Портал "Всероссийская перепись населения 2010 года" Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine - Окончательные итоги Всероссийской переписи населения 2010 года: Население Российской Федерации по владению языками Arxivləşdirilib 2012-05-30 at the Wayback Machine)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.