Lətif Səfərov
Lətif Bəşir oğlu Səfərov (30 sentyabr 1920, Şuşa – 12 dekabr 1963, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).
Lətif Səfərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Fəaliyyəti | kinorejissor, aktyor, ssenarist |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0755805 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928–1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib. Müharibənin başladığı üçün təhsilini yarımçıq qoyaraq Bərdəyə qayıdıb və 1941–1946-cı illərdə burada müəllimliklə məşğul olub. 1946-cı ildə Moskvaya geri dönərək təhsilini davam etdirib.[1] 1950-ci ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya dönüb, kinostudiyada işləməyə başlayıb. 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verib. 1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olunub. Bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. Filmin ssenarisini Boris Laskin və Nikolay Rojkov qələmə almışdı və ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun "Arşın mal alan" filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. "Bəxtiyar" filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsinə çevrildi. Tofiq Quliyevin filmdəki "Zibeydə", "Qızıl üzük", "Bakı" mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı aktyorlar Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.
"Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi.
Lətif Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sonra "Koroğlu" filmini lentə almağa başlayıb.[mənbə göstərin] 1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılıb.
Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngi ilə intihar edib.
Müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur.
Azərbaycan Dövlət Film Fondunda rejissor Lətif Səfərovun şəxsi arxivi yaradılıb.[2]
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Filmoqrafiya
- Azərbaycan sərhədçiləri (film, 1951)
- Bakı və bakılılar (film, 1957)
- Bakılılar (film, 1938)
- Bərəkətli torpaq (film, 1954)
- Bəxtiyar (film, 1955)
- Çağırışa cavab (film, 1947)
- Gədəbəyin sərvəti (film, 1950)
- Gənc Leninçilər (film, 1951)
- Gilan qızı (film, 1928)
- İyirminci bahar (film, 1940)
- Kəndlilər (film, 1939)
- Qızıl kol (film, 1930)
- Qızmar günəş altında (film, 1957)
- Quba bağlarında (film, 1953)
- Leyli və Məcnun (film, 1961)
- Lətif (film, 1930)
- Ordenli Azərbaycan (film, 1938)
- Sevil (film, 1929)
- Şərqə doğru (film, 1930)
- Şimşəklər kimi (film, 2003)
- Yeni həyat qurucuları (film, 1949)
- Yeni horizont (film, 1940)
İstinadlar
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Film Fondunda rejissor Lətif Səfərovun şəxsi arxivi yaradılıb //Mədəniyyət.- 2011.- 9 fevral.- S. 4.
Mənbə
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.- səh. 95.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.