Lətif Hüseynov

Lətif Hüseynov(1.02.1964[1]) — Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi.[2][3][4]

Lətif Hüseynov
azərb. Lətif Hüseyn oğlu Hüseynov
Doğum tarixi 1 fevral 1964(1964-02-01) (60 yaş)
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi hüquq
Təhsili Kiyev Dövlət Universiteti

Haqqında

Lətif Hüseynov 1 fevral 1964-cü ildə Ağdam şəhərində anadan olub.[2] 1986-cı ilin iyun ayında Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir.[1] 14 oktyabr 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 29 sentyabr 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə etmişdir.[1]

2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.[2][3] O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004–2015-ci illər arasında İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa komitəsinin üzvü[5], 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib.[2] 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində ad hoc hakim təyin olunmuşdur.[1] 2017-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsində tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlamışdır.[3]

O, ingilis, fransız, rus, almanukrayna dillərində sərbəst danışır.

Elmi və pedaqoji fəaliyyəti

Lətif Hüseynov 1990–1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirəçi professor kimi fəaliyyət göstərmişdir. 1992–1995-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışmışdır.[1] 2002-ci ilin iyul ayından Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq ümumi hüquq fənnini tədris etmişdir (yarımştat).[1]

Seçilmiş əsərləri

  • Beynəlxalq hüquq. Dərslik, Bakı: "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2000.- 408 s.
  • İnsan hüquqlarının beynəlxalq müdafiəsi [Mətn]: ali məktəb tələbələri üçün dərs vəsaiti /L.H.Hüseynov; rəyçi Ə.İ.Əliyev, Ə.İ.Sadıqov; Azərb. Beynəlxalq Un-ti.- Bakı: ABU, 2008.- 151, [1] s.
  • The Concept of "Humanitarian Intervention" in the Light of Positive International Law//Beynəlxalq hüquq və İnteqrasiya Problemləri. Bakı, 2005, No. 1, səh. 3–10 (Rus dilində).
  • Methods of Implementation of International Supervision in the Field of Human Rights Protection //Theory and Practice of Contemporary International Law (Essays in honour of Prof. Levan Alexidze on the 80th birthday anniversary), Tbilisi, 2007, səh. 160–199 (Rus dilində).

İstinadlar

  1. "Mr. Latif HÜSEYNOV" (PDF). 2023-07-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-06.
  2. "Lətif Hüseynov Avropa İnsan Haqları Məhkəməsinin hakimi seçilib". Oxu.az. 11 oktyabr 2016. 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2018.
  3. "Lətif Hüseynov Avropa Məhkəməsində vəzifəsinin icrasına başlayıb". femida.az. 10 fevral 2017. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2018.
  4. "Strengthening the implementation of European human rights standards. Conference on property rights in Azerbaijan". 2018-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  5. "Latif Huseynov, a member of the Council of Europe's Committee against Torture". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.