Lətifə
Lətifə — latın, isim, yumoristik məzmun daşıyan kiçik hadisə və ya tam fikri ifadə edən cümlə.
Bu məqalə Anekdot məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Bəzəmələr də adlanan lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor, həm də acı istehza və kinayə şəklində olur. Azərbaycan lətifələrinin tarixi Molla Nəsrəddinin adlı tarixi-mifik şəxsin adı ilə bağlıdır. O, hazırcavablığı ilə diqqəti cəlb edir. Sən, zarafatcıl, bəzən də avam görünən Molla cəmiyyətdəki bir çox eybəcərlikləri və yaramaz əməlləri ifşa edir.
Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı və digərləri ilə bağlı yaranmışdır. Epik növün digər janrlarına nisbətən lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir.
Lətifələrin əsas məğzi onun sonunda aydınlaşır. Bəzən bu sonluqlar xalq arasında məsəl kimi də işlənir. Məsələn, "Səhv yağ küpəsindədir", "Qırxını da birdən bilmirəm", "Dədə-bala çıxdılar", "Dava yorğan davası imiş", "Mindiyini saymırsan", "Yun əkəcəm" və s.
Molla Nəsrəddin lətifələri
Mənbə
Kitablar
- Sədnik Paşa Pirsultanlı. Azərbaycan folklorunda gülüş. Gəncə, 2010.
- Sədnik Paşa Pirsultanlının lətifələri. I cild Arxivləşdirilib 2014-08-01 at the Wayback Machine, II cild Arxivləşdirilib 2019-06-19 at the Wayback Machine
- Sədnik Paşa Pirsultanlı. Gəncəbasar lətifələri.
- Sədnik Paşa Pirsultanlı. Karağan Usubun lətifələri.
- Sədnik Paşa Pirsultanlı. Qaraxanlı Künə Dəmirin lətifələri.
- Sədnik Paşa Pirsultanlı. Dabrovol Qasımın lətifələri.
- Sədnik Paşa Pirsultanlı. Unnu Ağcanın lətifələri.
- Molla Nəsrəddin lətifələri. Bakı: "Öndər" nəşriyyat, 2004.
- Abbasqulu Nəcəfzadə. Balabançı Həsən dayının gülməcələri. "Min bir mahnı" MMС, Bakı, 2004.
- Əjdər Ol. Habil Əliyevin lətifələri Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine. Bakı: "Yeni nəşrlər evi", 1998.
- Şəki lətifələri Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine. Bakı: "Azərnəşr", 1994.
- İyirmi üç Molla Nəsrəddin. Lətifələr Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine. Tərc. ed. Vilayət Quliyev. Bakı: "Gənclik", 1992.
- Şərq xalqlarının lətifələri Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine. Bakı: "Yazıçı", 1982.
- İlham Qəhrəman, "Laçın lətifələri", Bakı: 2013.