Lətifə Əliyeva
Lətifə Cahandar qızı Əliyeva (1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən).
Lətifə Əliyeva | |
---|---|
Doğum tarixi | 1 iyul 1944 (79 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Teatr | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Mükafatları |
Həyatı
Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub.
Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964).
1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir.
Ana rollarının mahir ifaçılarından biridir.
Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib.
2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.[1] 2006-cı ildən Prezident təqaüdçüsüdür..[2]
Teatr sahəsində rolları
- Qaraca qız (S. S. Axundov, Abdulla Şaiq) — meymun
- Şamdan bəy (N. Nərimanov) — Nazlı
- Komsomol poeması (İ. Coşğun) — Gülcamal
- Mənim nəğməkar bibim (Ə. Əylisli) — Sənubər
- Tamahkar (S. S. Axundov) — Nabat
- Aycan (X. Əlibəyli) — Pitrağ; Çayır
- Çal oyna (İ. Coşğun) — tülkü
- Məhəbbət bir bəladır (Ə. Orucoğlu) — Gövhər
- Sirli dəyirman (F. Məmmədov) — küpəgirən qarı
- Olmuş əhvalat (A. Babayev) — qadın
- Ağ dəvə (Elçin) — Əminə xala
- Hacı Qara (M. F. Axundov) — Teyyibə
- Sən həmişə mənimləsən (İ. Əfəndiyev) — Nəzakət
- Yağış, yağmur və daldan atılan daş (N. Vəzirov) — Pəri; oğlan evi; Əşrəf bəyin anası; Ağa Səftarqulu; Şahsənəm
- Güc birlikdədir (R. Tohidoğlu) — nənə
- Yaddaş ağrısı (H. Mirələmov) — Yaxşı
- Nənənin kələyi (Ə. Orucoğlu) — Nurcahan nənə
- Məkkəyə gedən yol (C. Məmmədquluzadə) — Şərəf
- Sərgüzəşti-vəziri-xani-Lənkəran (M. F. Axundzadə) — Pəri xanım
- Göyçək Fatma (Azərbaycan xalq nağılı) — Qarı nənə
- Mən səni sevirəm – M. S. S (Ə. Əmirli) — Səkinə
- Hacı Qara (M. F. Axundzadə) — Teyyubə xanım
- Müsyö Jordan və Dərviş Məstəli şah (M. F. Axundzadə) — Xanpəri
- Sarıköynəklə Valehin nağılı (İ. Əfəndiyev) — Güllübəyim
Filmoqrafiya
- 72 km (film, 2014)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — rol: əsgər anası
- Almas Yıldırım (film, 2004)
- Anamın kitabı (film, 1994)
- Bəyin oğurlanması (film, 1985)
- Bircəciyim (film, 1986)
- Cəza (film, 1996)
- Dəvətnamə (film, 1989)
- Əqrəb mövsümü (teleserial, 2022)
- Gənc qadının kişisi (film, 1988)
- Girişmə, öldürər! (film, 1990)
- Hacı Qara (film, 2002)
- Hər şey yaxşılığa doğru
- İstintaq (film, 1979)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- İtkin gəlin (film, 1994)
- Kişi sözü (film, 1987)
- Koma 0,1 saniyədə (film, 2007)
- Qayalarda qalan səs (film, 1995)
- QAZ (film, 2005)
- Qırmızı qar (film, 1998)
- Lətifə (film, 1989)
- Məhəbbətin hökmü (film, 1998)
- Mən mahnı qoşuram (film, 1979)
- Milli bomba (film, 2004)
- Nakəs (film, 1991)
- O dünyadan salam (film, 1991)
- Ovsunçu (film, 2002)
- Pərdə arxasında (film, 1987)
- Sarı gəlin (film, 1998)
- Sənin deyil (serial, 2016)
- Şahid qız (film, 1990)
- Şans (film, 2004)
- Tənha narın nağılı (film, 1984)
- Təxribat (film, 1989)
- Ümid (film, 2002)
- Yalan (film, 2005)
- Yanmış körpülər (film, 2007)
- "Yapon" və yaponiyalı (film, 1990)
- Yeni həyat (2005)
- Yol yoldaşları (film, 2003)
- Yuxu (film, 2001)
İstinadlar
- President.Az. "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.12.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
- e-qanun.az. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2006-05-12. Archived from the original on 2021-07-25. İstifadə tarixi: 2006-05-12.