Lənkəran ovalığı

Lənkəran ovalığı — Azərbaycan Respublikasının cənub şərqində, Talış dağları ilə Qızılağac körfəzi arasında ovalıq.

Lənkəran ovalığı
Ümumi məlumatlar
Mütləq hündürlüyü -28–200 m
Eni 100 km
Uzunluğu 125 km
Sahəsi 4500 km²
Temperatur
  İllik yağıntı 1400–1700 mm
Coğrafiyası
Çaylar Kür, Viləşçay
Yerləşməsi
38°54′ şm. e. 48°44′ ş. u.
Ölkə  Azərbaycan
Rayonlar Lənkəran, Astara, Masallı
Lənkəranovalığı (Azərbaycan)
Lənkəran
ovalığı

Lənkəran ovalığının cənubda eni 5-6 km, şimalda isə 15-30 km-dir. Ovalıqda üç inzibati vahid: Lənkəran, AstaraMasallı rayonları, bir qoruq — Qızılağac dövlət təbiət qoruğu yerləşir. İqlimi subtropikdir, illik yağıntıların miqdarı (qışda maksimum həddə olur.) 1400–1700 mm-dir. Əhalisi, əsasən, azərbaycanlılardan və etnik qrup olan talışlardan ibarətdir.

Azərbaycanın cənub şərqində yerləşir. Şimaldan cənuba 125 km, qərbdən-şərqə isə 100 km-ə qədər uzanır. Ərazinin 40%-i Xəzər dənizi sahilində Lənkəran ovalığının, 60%-isə Talış dağlarının payına düşür. Lənkəran ovalığı cənubda İranla, şimaldan SalyanMuğan düzləri ilə həmsərhəddir. Ovalığın əksər hissəsi dəniz səviyyəsindən 27 m aşağıda yerləşir. Coğrafi cəhətdən Lənkəran ovalığı təbii vilayət kimi xarakterizə olunur. Bu vilayətə 5 inzibati rayon (Astara, Lənkəran, Masallı, LerikYardımlı) daxildir. Eyni zamanda Cəlilabad rayonunun Lənkəran düzü və Burovaz silsiləsinə düşən hissələri daxildir. Ərazinin ümumi sahəsi 4.5 min km²-dən artıqdır.[1]

İstinadlar

  1. Məzahir Təhməzov, Ensiklopedik məlumatlar toponimlər, fotoşəkillər, xəritələr, Bakı-2011
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.